Aralıq dənizində toqquşma: Türk hərbi gəmisi yunan friqatın “təmirxana”lıq edib


 
 
Aralıq dənizində türk və yunan hərbi gəmiləri atışıb.
 
Ovqat.com-un yunan mətbuatına istinadən verdiyi xəbərə görə, atışma nəticəsində yunan hərbi gəmisi ağır xəsarət alaraq, döyüş meydanını tərk edib.
 
Bildirilir ki, Yunanıstanın “Limnos” adlı friqatı Türkiyənin T.C.G Kemal Reis friqatına müdaxilə etmək istəyib. Aralarında atışma yaşanıb.  T.C.G Kemal Reis friqatı Aralıq dənizində araşdırma aparan Oruc Rəis tədqiqat gəmisini qoruyan hərbi gəmilərdən biridir. 
 
Yunanıstan bu ağır zərbədən sonra Avropa ölkələrindən yardım istəyib. Fransa onu dəstəkləyən bəyanat verib və hərbi gəmilərini bölgəyə göndərəcəyini açıqlayıb.



Tarix: 13-08-2020, 20:44
Xəbəri paylaş



Xəbər lenti