Trampın Putinə telefon zəngi Vaşinqtonun enerji sektorunu dağılmaqdan xilas edib? – ABŞ prezidentinin etirafı



Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Rusiyanın Amerikanın enerji sənayesini çökməkdən xilas etdiyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən ABŞ-ın neft sənayesinin vəziyyəti xeyli pisləşib və Rusiya ilə Səudiyyə Ərəbistanı arasında baş verən müharibə vəziyyəti daha da çətinləşdirib.
Tramp ABŞ-ın enerji sektorunu xilas etmək üçün Rusiya lideri Vladimir Putinə zəng etdiyini etiraf edib.
“Biz Rusiya prezidenti Putinə və Səudiyyə Ərəbistanına zəng etdik. Neft istehsalını gündəlik 10 milyon barel azaltdıq. Bununla da enerji sektorunu xilas etdik”. ABŞ rəhbəri Fox News-a verdiyi müsahibəsində belə deyib.
Tramp hazırda neft qiymətlərinin bir barrel üçün 41 dollara çatmasına diqqət çəkib.
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft müharibəsi necə başlayıb?
Mart ayının ortalarında OPEC + neft hasilatına dair müqavilə bağlayıb. Buna səbəb Rusiyanın hazırkı istehsal həcmini qorumaq təklifi,  Səudiyyə Ərəbistanının isə göstəriciləri azaltmaq tələbi olub. Nəticədə hər iki ölkə arasında fikir ayrılığı baş verib.
Neft bazarındakı sövdələşmənin pozulması səbəbindən, yanacaq qiymətlərinin 2002-ci ilin səviyyəsinə enməsinə səbəb olan qiymət müharibəsi başlayıb.
Kritik vəziyyət ən böyük neft istehsalçılarını, o cümlədən G20 üzvlərini danışıqlar masasına oturmağa məcbur edib. Nəticədə yanacağın hasilatı üçün yeni bir müqavilə bağlanıb.
OPEC + ölkələri indikatorlarını gündə 10 milyon barel, alyansa üzv olmayan dövlətlər isə 5 milyon barel azaldıb.
Tarix: 12-08-2020, 15:45
Xəbəri paylaş



Xəbər lenti