Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA

Qırıcı və bombardmançılar
ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 strateji kəşfiyyat təyyarəsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseydon patrul təyyarəsi Qara dəniz üzərindən Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı ABŞ təyyarələrinin qarşısını kəsib.

Kəşfiyyat təyyarələri Rusiya Federasiyasının dövlət sərhədindən uzaqlaşdıqdan sonra Rusiya qırıcısı etibarlı şəkildə bazasına qayıdıb.

Qeyd edək ki, bənzər hadisə 7 avqustda da reallaşmışdı.
Tarix: 10-08-2020, 19:37
Xəbəri paylaş



Xəbər lenti