Seçici səslərinin sayına görə ikinci yerdə Svetlana Tixanovskaya qərarlaşıb Belarusda prezident seçkilərində seçici iştirakı 84,05 faiz təşkil edib.
AYNA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə 81,35 faiz səs toplayıb. Qeyd edilir ki, seçici səslərinin sayına görə ikinci yerdə Svetlana Tixanovskaya qərarlaşıb. Ona ölkə seçicilərinin 8 faizi səs verib.
Ölkədə 6,8 milyon seçicinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçenin, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dmitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb.
Tarix: 10-08-2020, 08:06