Rusiya hərbi dəniz qüvvələrini modernləşdirir –XƏZƏR DƏNİZİ DONANMASI DA YENİ GƏMİLƏRLƏ TƏCHİZ OLUNUR


Piter Suçu

“National Interest

 

Son illərdə Rusiyanın Hərbi Dəniz Qüvvələri (HDQ), ümumiyyətlə, kiçik regional, lakin yenə də çox təhlükəli, ölümcül hərbi gücə çevrilib. Axır aylarda Rusiya yavaş-yavaş, amma sistematik olaraq öz donanmalarının gücləndirilməsi və modernləşdirilməsi üçün ciddi səylər göstərib. 2020-ci ilin sonuna qədər Rusiya Uzaq Şərqdə 15 yeni döyüş və dəstək gəmisi alacaq Sakit okean donanmasının (SOD) inkişafında böyük addımlar atıb.

Sovet İttifaqına xas eyni problemlərin bir çoxu ilə qarşılaşan Rusiya üçün SOD-un yenidən qurulması prioritet idi. Böyük, müasir gəmi və sualtı donanmaya sahib olmasına baxmayaraq, Rusiya Federasiyası belə bir donanmanı özündə saxlaya bilməyib. Bir neçə yüz hərbi və sualtı qayıqdan ibarət donanmanın Sakit və Hind okeanlarına çıxışı var.

SSRİ-nin dağılmasından və 90-cı illərin iqtisadi böhranından sonra SOD hərbi gəmilərin qəbiristanlığına çevrilib və 20 ildə yalnız bir yeni raket gəmisi alınıb.

SOD-un yaxın gələcəkdə ən güclü okean qüdrətinə çevrilməsi mümkünsüz olsa da, onu əvvəlki şöhrətinə uyğun səviyyəyə qaytarmaq naminə işlər görülür. Köhnə və indiki SOD arasındakı fərqlərdən biri, suüstü komponentin getdikcə çox sayda freqat, korvet və kiçik raket gəmisi ilə doldurulacağıdır.

15 yeni gəmi arasında “Qromki” çoxməqsədli korveti, “Petropavlovsk-Kamçatsk” dizel-elektrik sualtı gəmisi, “Yakov Balyayev”, “Raptor” anti-təxribat gəmisi, “Andrey Stepanov” gəmisi və iki təcili xilasetmə qayığı var.

Keçən ilin noyabr ayında Yapon dənizində bir sıra fərqli sınaqlara “Qromki” də qoşulub. Bu, Rusiyanın Sakit okean donanması üçün xüsusi olaraq hazırlanmış “Sterequçi” seriyasının bir hissəsi olaraq qayırılacaq yeddinci gəmidir. Rusiya HDQ komandanlığı 2021-ci ilə qədər bu sinfin 13 korvetinin təməlini qoymaq planlarını açıqlayıb.

SOD-u dəstəkləmək üçün suüstü gəmilərə əlavə olaraq, güclü gəmilərlə sualtı tərkib də yeniləyəcək.

Dövlət mediasının xəbərlərinə görə, keçən ay Rusiya HDQ-nin baş komandanı admiral Nikolay Yevmenov yaxın gələcəkdə SOD-un 6 dizel elektrik sualtı qayıq alacağını açıqlayıb.

Sualtı qayıqlar modernləşdirilib və Uzaq Şərqdə əməliyyatlar üçün yeni sistemlərlə təchiz olunub. TASS xəbər agentliyi açıqlayıb ki, həmçinin, Sakit Okean Donanmasının sualtı güclərini 4-cü nəsil nüvə sualtı gəmiləri ilə təchiz, həmçinin, sahil infrastrukturunun inkişaf etdirmək planlaşdırılıb.

Yevmenov əlavə edib: “Çoxməqsədli sualtı qayıqlarınla modernləşdirmə davam gətiriləcək. Bu gəmilərin və sualtı qayıqlar geniş modernizasiya ehtiyatına malikdir və bundan istifadə ediləcəkdir”.

Hərbi islahatlar çərçivəsində Qara dəniz və Baltik, eləcə də Xəzər donanmalarında da böyük uğurlar əldə edilib. Bundan əlavə, Şimal donanmasına bir neçə sualtı qayıq və döyüş gəmisi göndərilib.

Baltik Donanması Günü münasibətilə dənizçilərə göndərilən teleqramda Yevmenov hərbi qüvvələrin “Rusiyanın dəniz silahları və dəniz sənətinin inkişafına əvəzsiz bir töhfə verdiyini” bildirib. Baltik Donanmasının suüstü komponentinin 6 kiçik raket gəmisi (“Karakurt” sinfi) ilə zənginləşdiriləcəyi və onlardan dördünün “Pantsir-M” zenit-raket və artilleriya kompleksinin dəniz versiyasını daşıyacağı açıqlanıb.

22350 layihəsinin freqatları və Sankt-Peterburqdakı “Severnaya Verf” gəmiqayırma zavodunda inşa edilmiş yeni 20386 layihəsinin korvetləri HDQ okean donanmasının əsasını təşkil edəcək. Bu gəmilərin hansının SOD-un bir hissəsi olacağı hələ məlum deyil, lakin Rusiyanın bu çərəyin sonuna qədər okean və sahil sularında işləyə biləcək yüksək effektiv və tam miqyaslı dəniz qüvvələrinə çevirmək niyyətində olduğu aydındır.

Tərcümə: Strateq.az

Tarix: 5-06-2020, 21:24
Xəbəri paylaş



Xəbər lenti