“Paşinyan silah alveri ilə məşğuldur, Rusiyadan ucuz alıb üçüncü ölkələrə satır...”


Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyan barəsində ifşaedici çıxışlarını davam etdirir.

Virtualaz.org xəbər verir ki, Minasyan Paşinyanı brilyant alverinin ardınca bu dəfə silah alverində günahlandırıb. Və sensasion məlumatlar açıqlayıb.

Onun bildirdiyinə görə, Paşinyan mayın 23-də özünün hərbi müşaviri, Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin keçmiş rəisi Arşak Karapetyanı gizlicə Rusiyanın Voronej şəhərinə ezam edib. Məqsəd Nikol Paşinyan və onun ailəsi ilə bağlı ən iri qalmaqalı yatırmaqda kömək etməkdir.

“Qanunsuz silah satışı, “tarixdən əvvəlki” silahların alınmasına dair sövdələşmə, korrupsiya və iqnor edilən ölümlər” başlıqlı çıxışında Sərkisyanın kürəkəni deyir ki, Paşinyan general Karapetyanı özünün qaranlıq işləri üçün istifadə edir. Hansı ki, Karapetyan 2016-cı ilin aprel müharibəsi zamanı üzə çıxan kəşfiyyat boşluqlarına görə işdən çıxarılmışdı.


Minasyan qeyd edir ki, Rusiya və Ermənistan sərhədlərində xüsusi rejim hökm sürür, deməli Ermənistan vətəndaşlarının Rusiyaya girişi mümkün deyil. General Karapetyan isə dövlət rəsmisi statusunda sərhədi keçib və Voronejdə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları danışıqlar aparıb. Paşinyanın və ailəsinin tütün qaçaqmalçılığı işi üzrə cinayət işi qaldırılmamasını xahiş edib.

Lakin Karapetyanın missiyası bununla bitməyib, o, Voronejdən Moskvaya yollanıb və orada Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparıb. Bu məqamda Minasyan bildirir ki, Moskvadakı danışıqların təfərrüatlarını aça bilməz, çünki söhbət Ermənistanın təhlükəsizliyindən, müdafiə sistemindən gedir. “Amma Paşinyan tütün və brillyant qaçaqmalçılığından sonra Ermənistanı beynəlxalq silah qara bazarına cəlb edib”,-o bildirir.

M.Minasyan xatırladır ki, Ermənistan KTMT üzvü kimi Rusiyadan silahları və hərbi texnikanı Rusiya daxili qiymətləri ilə almaq hüququna malikdir. Bu qiymətlər beynəlxalq bazar qiymətlərindən ciddi fərqlənir və Nikol Paşinyan bundan faydalanmaq üçün özünün yeni dostu David Qalstayanın vasitəsi ilə sxem qurub. O, Qalstyana Müdafiə Nazirliyi üzərindən sılahiyyət verib ki, məsələn, Ermənistan üçün Rusiyadan 100 vahid silah alsın. Sonra Ermənistan Qalstayanın offşor şirkəti üzərindən həmin silahın 60 vahidini alır. Qalan 40 vahidi isə üçüncü ölkəyə satılır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Oradan isə silah dördüncü ölkəyə ötürülür, burada silahın elə ilk istifadəsindən sonra müvafiq kodlarla onun Rusiyadan alındığı üzə çıxır. Rusiya isə bu haqda öyrənən kimi mafioz David Qalstaynı persona non-qrata elan edir. Onun 10 il ərzində Rusiyaya girişinə qadağa qoyur.

Minasyan daha sonra Ermənistan Müdafiə Nazirliyinin podratçı şirkətinin rəhbəri olan Qalstyanın Rusiyaya girişinə qadağa qoyulduğuna dair sənədi nümayiş etdirir.

Və bildirir ki, söhbət “Osa-AK” zenit kompleksindən gedir. Hansı ki, ötən əsrin 70-ci illərinin sonlarında, 80-ci illərinin əvvəllərində istehsal edilib. Rusiya ordusunda və bir çox digər ölkələrdə silahlanmadan çıxarılıb. Çünki mənəvi baxımdan köhnədir və “metallomdur”. Minasyanın bildirdiyinə görə, Ermənistan əvvəllər həmin kompleksləri Rusiyadan havayı almaq imkanında olub. Üstəlik Ermənistan ordusunda “Osa” kompleksləri var və yenilərinin alınmasına heç ehtiyac yox idi.

Minasyan bildirir ki, Paşinyan sıradan yalançıdır, ucuz “piarşikdir” və həmin köhnəlmiş silahları “ən müasir və modernizasiya olunmuş” silahlar kimi təqdim edib. Onun sözlərinə görə, pul və hakimiyyət naminə Nikol Paşinyan hər şeyə hazırdır.

Virtualaz.org

Tarix: 31-05-2020, 15:40
Xəbəri paylaş



Xəbər lenti