ABŞ Honkonq və Çin rəsmilərinə qarşı sanksiya tətbiq edəcək


 Çin Xalq Respublikası Honkonqun muxtariyyəti ilə bağlı verdiyi sözə əməl etməyib.
“Report” un verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Məhz bu səbəbdən Birləşmiş Ştatlar Çin Xalq Respublikasının və Honkonqun rəsmi şəxslərinə qarşı sanksiya tətbiq edəcək”, – deyə, Tramp bildirib.
Ağ Ev lideri qeyd edib ki, rəsmi Vaşinqton Honkonq ilə münasibətlərdə xüsusi yanaşma təmin edən istisnaları aradan qaldıracaq:
“Bununla bağlı Administrasiyaya tapşırıq verdim. Bundan başqa, ABŞ bütün imtiyazları, xüsusən Honkonqun istifadə etdiyi ticarət imtiyazlarını ləğv edir”.
Tarix: 30-05-2020, 09:39
Xəbəri paylaş



Xəbər lenti