Trampdan ÇİN-lə bağlı “qapalı mesaj”:"Həftəsonu güclü bir addım eşidəcəksiniz"


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Marja xəbər verir ki, suallardan birinə cavab verən Tramp, “Bu həftə sonundan əvvəl Çin mövzusunda güclü bir addım eşidəcəksiniz” bildirib.

Son bir neçə ayda ABŞ-Çin əlaqələri koronavirus pandemiyasından insan haqlarınadək bir sıra məsələdə anlaşılmazlığa görə daha da pisləşib.

Uyğur türklərinə qarşı təzyiq siyasətinə görə Çinli bəzi rəsmilərə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun lauihəsi Nümayəndələr Məclisində qəbul edilib.

Tarix: 27-05-2020, 16:11
Xəbəri paylaş



Xəbər lenti