Türkiyə bu il turistlər üçün vacib qaydalar müəyyənləşdirib. Artıq Antalya, Bodrum otellərində qaydalar əvvəli kimi olmayacaq.


 
Axar.az xəbər verir ki, bu yay Türkiyənin istirahət mərkəzlərində dincəlmək üçün gedən hər kəsin girişdə hərarəti ölçüləcək. Həmçinin otelə daxil olan turislərə taxması üçün maskalar veriləcək.
Restoranlarda sosial məsafə tətbiq ediləcək. Bunda sonra otellərdə “İsveç masası” olmayacaq. Əvəzində yeməklər şüşə panelin arxasında yerləşdiriləcək və müştərilərə personal tərəfindən xidmət göstəriləcək.
Restoranda masalar arası məsafə minimum 1.5 metr olacaq. Ortaq istifadə edilən əşyalar - çaydan, qəhvə maşını və bənzər əşyalar yığışdırılacaq.
Hovuz və dəniz kənarlarındakı şezlonqlar arasında məsafə 1.5 metr olacaq. Turistlər isə hovuza girmədən öncə mütləq duş qəbul etməli olacaqlar.
Otellərə müştəri qəbul etməklə bağlı da müəyyən məhdudiyyətlər qoyulub. Belə ki, otel otaqlarının maksimum 60%-indən istifadə edilə bilər.
Müştəri otağı tərk etdikdən sonra dezinfeksiya işləri aparılacaq və 12 saat ərzində eyni otağa heç kəs qəbul edilməyəcək.
Tarix: 21-05-2020, 12:09
Xəbəri paylaş



Xəbər lenti