Rus tibb bacısının xəstəxana geyimi qalmaqal yaratdı - Foto


Moskva

Rusiyanın Tula şəhərində yerləşən xəstəxanalardan birində koronavirus qalmaqalı yaşanıb.


Bizimyol.info Rusiya KİV-ə istinadən xəbər verir ki, xəstələrin qarşısına çimərlik geyiminin üzərindən şəffaf qoruyucu xalatla çıxmış tibb bacısının şəkilləri sosial şəbəkədə yayıldıqdan sonra bu böyük qalmaqala səbəb olub. Şəkli tibb bacısının xidmət göstərdiyi pasiyent yayıb. Yaşlı kişi bu vəziyyətdən şikayətçi olmayıb, əksinə digər xəstələrə stimul vermək məqsədi ilə bunu elədiyinı deyib. Tibb bacısı isə isti olduğu üçün belə geyindiyini söyləyib.

İnfeksion Xəstəliklər Hospitalının rəhbərliyi bu vəziyyətdən heç də məmnun qalmayıb və mətbuata verdiyi açıqlamada tibb bacısına inzibati cəza verildiyini qeyd edib.

Xəstəxananın şəxsi heyəti ilə maarifləndirici söhbət aparılıb.

Rus tibb bacısı

Amma sosial şəbəkələrdə bu fotoya gələn şərhlərdə nə xəstələrin, nə də xəstə yaxınlarının narazı olmadığı məlum olub.

Tarix: 21-05-2020, 10:26
Xəbəri paylaş



Xəbər lenti