Mütəxəssislər növbəti pandemiyaya səbəb ola biləcək naməlum virusla bağlı xəbərdarlıq edib.
Cebhe.info xəbər verir ki, bu barədə AFP yazıb.
Mütəxəssislərin fikrincə, yeni pandemiyaya səbəb ola biləcək virus Amazon meşələrindən yayıla bilər. Onun da indi dünyanı təhdid edən koronavirus qədər əhatəli olması mümkündür.
"Amazon çayının hövzəsi özündə böyük bir virus ehtiyatı saxlayır",- deyə Braziliyadan olan ekoloq Devid Lapola vurğulayıb.
Onun sözlərinə görə, ərazidə ağacların kütləvi kəsilməsi heyvandan insana keçən xəstəliklərin artımına səbəb ola bilər.
Mütəxəssis koronavirusu da bu qəbildən olan viruslara aid edib. Qeyd edib ki, SARS-CoV-2 yarasaların virusudur və üçüncü növ vasitəsilə insanlara ötürülüb: "Amazonda da eyni problem var".