Ermənistandakı əsas korrupsionerlər 1,5 milyard avro qazanc əldə edən Baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyandır.
Bu barədə erməni mediası yazıb. Bildirilir ki, ötən ilin mart ayında Brüsseldə Ermənistandakı korrupsiya ilə bağlı gizli hesabat yayılıb. Korrupsiyaya qarşı mübarizə bayrağı altında hakimiyyətə gələn bu ölkənin hökuməti özünün “pulyuma sxemi”ni qurub. Bunun əsasında isə Paşinyan və həyat yoldaşının bank hesabları dayanır.
İddialara görə, cinayət təqibi və töhmət təhdidləri altında olan keçmiş məmur və oliqarxlar müxtəlif fondlara və Paşinyan-Akopyan cütlüyünün şəxsi hesablarına külli miqdarda pul köçürürlər. Erməni mediasının yaydığı məlumata görə, Davos Forumu zamanı Anna Akopyan Sürixdə olub və bu vəsaitlərin İsveçrə banklarında təhlükəsiz yerləşdirilməsinə dair sənədlərin hazırlanmasında yaxından iştirak edib.
1 mart 2019-cu il tarixinə təxminən 1,5 milyard avro Anna Akopyanın nəzarətində olan hesablara köçürülüb. Məlumata görə, pulların əsas hissəsi ofşor və aşağıda göstərilən şəxslərin şəxsi hesablarından transfer edilib:
1. Miqran Poqosyan (Ermənistan Milli Məclisinin deputatı);
2. Qagik Xaçatryan (Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri və keçmiş maliyyə naziri);
3. Samvel Aleksanyan (oliqarx, Milli Məclisin keçmiş deputatı);
4. Qagik Beqlaryan (Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri);
5. Vardan Harutyunyan (Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri);
6. Qagik Sarukyan (oliqarx, Çiçəklənən Ermənistan Partiyasının qurucusu, Milli Məclisin üzvü).
Erməni mediası qeyd edib ki, Avropa siyasi elitası, maliyyə rəhbərləri və bir sıra iri müəssisələrin rəhbərləri bu məlumatlardan şoka düşüblər./axar.az/