ABŞ Prezidenti Donald Tramp payızda koronavirusun ikinci dalğasının başlayacağından qorxur. Trampın əsas qorxusu virusun ikinci dalğasının onun yenidən seçilməsinə mane olacağıdır.
Cebhe.info bu barədə “Washington Post"a istinadən yazır.
Qəzet Ağ Ev liderinin adının çəkilməsini istəməyən müşavirinə istinadən yazır ki, Tramp hazırda azalan reytinqinə görə bərk qəzəbli və narahatdır: "O, şəxsi söhbətlərdə taleyinin kəskin dəyişməsini təhlil edir. İnanırdı ki, yenidən seçilmək yolundadır, ancaq indi anlayır ki, demokratların mümkün namizədi Co Baydenə uduza bilər. bütün sorğularda, hətta Trampın qərargahının keçirdiyi sorğularda bu məğlubiyyət özünü göstərir".
Tramp iyun ayında tərəfdarlarının seçkiqabağı dəstək mitinqlərinin təşkilini istəyir. Ancaq ölkədəki vəziyyətin buna imkan verməyəcəyi görünür. Buna baxmayaraq, Trampın komandası artıq mitinqlərin təşkili məsələsinin müzakirəsinə başlayıb.