Koronavirusdan ölənlərə görə adambaşına xəstəxanaya 13 min dollar ödənir

  
 Amerikalı həkim Cudi Mikovits yeni növ koronavirusla bağlı sensasion iddia irəli sürüb. Teleqraf.com xəbər verir ki, həkim elmi faktların gizlədildiyini, COVID-19 infeksiyasının laboratoriyada manipulyasiya edildiyini açıqlayıb.
Cudi Mikovits koronavirusun insanın heyvan bazarında yarasadan infeksiyadan yoluxmaqla yayıldığı barədə irəli sürülən fikirlərlə razılaşmadığını söyləyib.Onun sözlərinə görə, bu, təbiətdə mümkün deyil: “Virusun təbiətdə yayılaraq epidemiyaya çevrilməsi üçün 800 illik period lazımdır, infeksiya laboratoriyalarda sürətləndirilib”.
Amerikalı həkim onu da vurğulayıb ki, ABŞ-da koronavirusdan ölənlərə görə səhiyyə sistemi adambaşına xəstəxanaya 13 min dollar ödəyir.
Tarix: 10-05-2020, 12:07
Xəbəri paylaş



Xəbər lenti