Rusiyanın “Levada-sentr” araşadırma mərkəzinin rəhbəri Lev Qudkov ölkədə özünütəcrid rejiminin uzanması halında güclü etiraz dalğasının gələcəyini proqnozlaşdırdıqlarını açıqlayıb.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “business-gazeta.ru” saytına danışıb.
“Cəmi bir-iki aydan sonra biz etirazların konkret formalarının şahidi olacağıq. Bu insanların küçələrə çıxması və ya başqa cür təzahür edə bilər”,-deyə o bildirib.
Lev Qudkovun sözlərinə görə, ölkədə gərginlik artan templə davam edir, üstəlik çıxış yolu da görünmür. Vətəndaşların “səbir kasası”na təsir edən amillərdən biri də onların 70%-nin hətta 1-2 ay belə dolana biləcəkləri qədər əmanətlərinin olmamasıdır. Bundan başqa, əhalinin əksər hissəsi koronavirusla mübarizə ilə əlaqədar verilən informasiyalara inanmır.
“Rus səbri” ciddi faktordur. Etirazları təşkil edəcək ümumilli lider və şəbəkəli təşkilatların olmadığı halda belə gərginlik artmağa davam edəcək. Özü də təzyiqin səngiməsi üçün çıxış da görünmür. Lakin hər şeyin bir hüdudu var,”-deyə rusiyalı eksert qeyd edib.
Sosioloq hakimiyyətin hələ ki “çörək və qamçı” siyasətini çalışdıra bildiyini vurğulayır. Məsələn “Qazprom”un Yakutiya vilayətindəki Çayandin yatağında insanları pulla, kiçik sahibkarların şəhər meydanına axışdığı Vladiqafqazda isə repressiyalarla məsələni həll etmək mümkün olub.
Lev Qudkov koronavirusla mücadilənin cəmiyyəti böldüyünü söyləyib. Belə ki, vətəndaşların yalnız 46%-i formal olaraq hakimiyyətin pandemiyaya qarşı tədbirlərini dəstəklədiklərini bildiriblər, 48% isə tətbiq olunan məhdudiyyətlərdən narazılıqlarını ifadə ediblər. “Həmin adamlar qoyulan məhdudiyyətləri həddən artıq şişirdilmiş hesab edilər. Bunlar əsasən moskvalılar və ya digər iri şəhərin gənc və təhsilli insanlarıdır”,-deyə o, qeyd edib.
Ekspert Rusiyada işsizliyin real səviyyəsini izləməyin çətin, lakin alınan məlumatlara əsasən olduqca yüksək olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, bu, ölkədə 24-25 milyon vətəndaşın qeyri-rəsmi iqtisadi sektorda çalışması ilə bağlıdır.
Tarix: 8-05-2020, 22:58