Hakimiyyət də onlarda, sərvət də:Milyardlarını əyləncəyə, sənətə və insanlara xərcləyən kral ailələri


Hakimiyyət də onlarda, sərvət də:Milyardlarını əyləncəyə, sənətə və insanlara xərcləyən kral ailələri

Dünyada hansı kral ailəsinin daha varlı olduğu müzakirələri bitmir. Bi siyahıda Səudiyyə, Britaniya və başqa ölkələrin kral ailələri var. Cebhe.info dünyanın ən varlı kral ailələrini təqdim edir. Araşdırmaya görə, Britaniya kral ailəsinin sərvəti 68 milyard sterlinqdir və o, dünya miqyasında ancaq 5-cı sırada dayana bilib. İngiltərə kraliçasının və ailəsinin sərvəti əsasən miras və yatırımlardan gəlir. Səudiyyə Ərəbistanını idarə edən kral ailəsinin sərvəti isə hər kəsdən çoxdur.


Səudiyyə kral ailəsinin sərvəti Britaniya kral ailəsindən düz 16 dəfə artıqdır və 1 trilyon funt-sterlinqdir. Səudiyyə kral ailəsinin ən bədxərc üzvü isə taxt-taca vəliəhd olan şahzadə Məhəmməd bin Salmandır. Şahzadə bahalı sənət həvəskarıdır. O, Leonardo da Vinçinin 360 milyon sterlinq dəyərindəki tablosunu alıb.

Beləliklə siyahı:

1. Lixtenşteyn şahzadəsi Hans Adam ən varlı Avropa hökmdarı kimi tnaınır. Onun bank qrupu və muzeydə nümayiş etdirilən olduqca bahalı kolleksiyası var.

2.Bruney şahzadəsi Hacı Abdul Əzim ölkədə taxt-tac sıralamasında 3-cü yerdədir. Onun milyardlarını həm də xeyriyyəçilik üçün xərclədiyi deyilir.

3.Bruney sultanı Hassanal Bolkiah isə təkcə sultan deyil, həm də bütün nəzarəti əlində cəmləşdirən hökmdardır. Dünyadakı ən bahalı avtomobillərin bəzisi ona məxsusdur. Sultanın təkcə 600 ədəd Rolls Royces model avtomobili var. Ümumilikdə isə 6 minə qədər avtomobilə sahibdir.

4.Səudiyyə şahzadəsi Valid bin Talal da zənginlər sırasındadır. Başqalarına nisbətən daha az siyasi gücə malik olsa da, ən böyük investorlardan biridir. Kral Abdullahın əmisidir. Onun hündürmərtəbəli binalara olan həvəsi isə çoxdan bəllidir.

5.Tayland kralı Bhumibol Adulyadej də varlılar siyahısında özünəməxsus yerə sahibidir. O, 68 ildir ki, Taylanda rəhbərlik edir. Sərvətini əsasən daşınmaz əmlaka yatırır. Ancaq “Siam Sement” və “Siam Ticarət Bankı” da ona məxsusdur. Sərvəti tam olaraq məlum deyil, ancaq İngiltərə kral ailəsindən azı 10 dəfə varlıdır.


Tarix: 7-05-2020, 10:34
Xəbəri paylaş



Xəbər lenti