“Hərbi münaqişələr üzərindən ticarət edən Amerika...” -İran silah embarqosunun uzadılmasına etiraz edir

 

"Hərbi işlərə ən çox vəsait ayıran ölkə Amerikadır. Dünyada ən çox silah satan ölkə də Amerikadır. Müharibə təşəbbüsü və təhrikçisiliyi də həmişə Amerikadan gəlir. Münaqişələr üzərindən ticarət edən da Amerikadır”, deyə İranın xarici işlər naziri öz “Twitter” hesabında yazıb.

Məhəmməd Cavad Zərif xatırladıb ki, 1979-cu ilə qədər İran da ABŞ-ın böyük silah sifarişçisiləri sırasında yer alırdı.

Uzun müddətdir ki, ABŞ İrana silah satışını qanunla yasaqlayıb. Bu yaxınlarda isə bu qadağanın müddətinin uzadılacağı gözlənilir. Bu barədə İranın ingilisdilli “İrna” agentliyi məlumat yayıb.

İranın BMT-dəki daimi səfiri Məcid Taxt Rəvançi ABŞ-ın İrana silah embarqosunu uzatmaq istəyinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu söyləyib.

Səfir bildirib ki, iki il əvvəl birtərəfli qaydada ABŞ İranla bağlanmış nüvə sazişindən çıxıb. 2015-ci il əldə olunmuş çoxtərəfli razılaşma və sonrakı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamə ilə üzərinə götürdüyü öhdəlikləri pozur.

Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan İran nüvə sazişi imzaladıqdan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının dinc xarakterli olmasını təsdiqlədi. Ona görə də ortada olan sanksiyaların 18 oktyabrda (2020-ci il) qaldırılması gözlənilirdi.

2015-ci ildə qəbul olunmuş 2231 saylı qətnaməyə əsasən beş il sonra İrana tətbiq edilmiş silah embarqosu aradan götürülməli idi. İrana ballistik raket proqramı ilə bağlı tətbiq edilmiş sanksiyalar isə səkkiz il sonra (2023-cü ildə) başa çatırdı.

Həmin qətnaməyə əsasən İrana “döyüş tankları, zirehli döyüş maşınları, iri çaplı artilleriya sistemləri, döyüş təyyarələri, hücum helikopterləri, döyüş gəmiləri, raketlər və raket sistemləri”nin satışına da embarqo qoyulub.

Qeyd edək ki, İrana silah embarqosunun aradan qaldırılması ABŞ üçün arzu olunan deyil.

Elbəyi Həsənli. Sürix

Tarix: 2-05-2020, 17:40
Xəbəri paylaş



Xəbər lenti