Fransız generalları Rusiyaya təlimdə “nüvə zərbəsi endirmək”dən imtina etdi: NATO ŞOKDA...






Fransanın təqaüddə olan bir qup generalı ölkə rəhbərliyini NATO-nun Avropadakı təlimində iştrtakdan imtina etməyə çağırıb.

 

Moderator.az xəbər verir ki, buna səbəb kimi generallar NATO-2020-ci il təlimlərinin Rusiya ilə münasibətlərə zərbə vuracağını, Moskva tərəfindən hədə kimi qəbul ediləcəyini bildirib.

 

Generalların fikrincə, Rusiyaya taktiki nüvə zərbələrinin məşqindən ibarət olan təlimlərdə iştirak Fransanın dövlət olaraq maraqarına ziddir. Hərbi mütəxəssislər hesab edir ki, Rusiya son dövrlər atdığı addımlarla da Avropaya düşmən olmadığını göstərib. Belə olan halda “Moskvanın bir addımlığında” Rusiyaya zərbə planının məşq edilməsi Fransa adına strateji bir səhv olar.

 

Həmçinin, təqaüdçü generallar vurğulayıb ki, Fransa bu məsələdə müstəqil mövqe nümayiş etdirməli, ABŞ asılılığından azad olmalıdır.

 

Məlumat üçün qeyd edək ki, hökumətə ünvanlanan bu müraciət Fransanın məşhur generalları

Fransua Torres, Jan-Klod Rodriqes, Jan-Serj Şnayder və başqaları tərəfindən imzalanıb. Ümumilikdə 12 zabitin bu müraciətə qoşulduğu vurğulanır.

 

Fransız generallarının bu müraciəti NATO-da şok effekti yaradıb. Ekspertlərin fikrincə, Fransanın iştirakı olmadan Avropada bu təlimlərin təşkilinin mümkünlüyü sual doğurur. İşin daha önəmli tərəfi isə Fransa ictimai rəyində Rusiyaya rəğbətin tədricən artmasıdır.

 

Seymur ƏLİYEV

Tarix: 2-05-2020, 12:38
Xəbəri paylaş



Xəbər lenti