Qazaxıstan Senatının deputatı, eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilib.
Prezident Kasım-Jomart Tokayev bununla bağlı sərəncam verib. Dariqa Nazarbayeva 2019-ci il martın 20-də Senatın spikeri seçilmişdi. 1963-cü ildə anadan olan Dariqa Nazarbayeva Nursultan Nazarbayevin 3 qızından böyüyüdür.(Modern.az)