Dünyada bir gün ərzində koronavirusa yoluxanların sayı ötən günlə müqayisədə 84 mindən çox, təsdiq edilmiş ölüm hallarının sayı 6 mindən çox artıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı
3 175 207 nəfərdir, pandemiya ərzində ümumilikdə
224 172 insan xəstəliyin qurbanı olub. COVID-19-a yoluxanların sayı son bir gündə
84 771 nəfər, ölüm hallarının sayı
6 403 artıb.
COVID-19-a ən çox yoluxmalar və ölümlər Avropada qeydə alınıb. Köhnə qitədə
1 461 404 pandemiyanın qurbanı olub,
138 200 ölüm baş verib. Son 24 saatda bu qitədə koronavirusa yoluxanların sayı
26 274, ölənlərin sayı
2 239 nəfər artıb.
Şimali və Cənubi Amerikada
1 291 917 insan koronavirusa yoluxub,
69 087 nəfər ölüb. Bu region son bir gündə virusa yoluxanların sayı (45 727) və ölüm hallarının sayına görə (3 859) Avropanı üstələyib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatından da göründüyü kimi, koronavirusa yoluxma ən çox ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda
1 035 353 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Siyahıda sonrakı yerdə İspaniya qərarlaşıb. Bu ölkədə
213 435 nəfər koronavirus xəstəsidir. İtaliya
205 463 nəfərlə siyahıda üçüncü, Böyük Britaniya
171 257 yoluxma ilə dördüncü, Almaniya beşinci
(159 119), Fransa altıncı
(128 121) yerdə qərarlaşıb. Türkiyədə
120 204 nəfər, Rusiyada
114 431 nəfər, İranda
94 640, bir zamanlar koronavirusun yayılma mərkəzi olmuş Çində isə
84 385 nəfər COVID-19 infeksiyasına yoluxub.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus
212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını “COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Tarix: 2-05-2020, 10:58