Boş sözlə qarın doymadı: Hökumət xəzinənin qapılarını açır...

 
Koronavirus pandemiyası ilə əlaqədar olaraq sosial-iqtisadi vəziyyətin gərginləşdiyi Rusiyada hökumət aztəminatlı ailələrə maddi yardımın göstərilməsi məsələsini müzakirə edir.
 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov qeyd edib ki, indiki məqamda hökuməti düşündürən başlıca məsələ yoxsul insanların aclıq təhlükəsi ilə üz-üzə qalmaması, bu məsələdə ciddi çətinlik çəkməməsidir.
 
Peskovun sözlərinə görə, yoxsul vətəndaşlara dövlət tərəfindən yardım bilavasitə və ya dolayısı yolla göstərilə bilər. Aztəminatlı ailələrlə yanaşı, kiçik və orta sahibkarlara da maddi dəstəyin göstərilməsi nəzərdə tutulur. Yardımın pul, yoxsa qida almaq üçün nəzərdə tutulan ərzaq kartları şəklində təqdim ediləcəyinə hələ qərar verilməyib. Lakin əhalinin “aclıq astanasında” olduğu ölkədə yaxın günlərdə yardım kampaniyasına start veriləcəyi mütləqdir.
 
Məlumat üçün qeyd edək ki, Rusiya mediası məsələni ictimai müzakirəyə çıxarıb və vətəndaşlardan edilməsi gərəkən yardımın məbləği ilə bağlı öz fikirlərini sosial şəbəkələrdə qeyd etməyi tövsiyyə edib. Məqsəd əhalinin zəruri tələbatı ilə bağlı vətəndaşların özündən məlumat almaq, yardım paketinin məbləğini vətəndaşların real tələbatına uyğunlaşdırmağa yardım etməkdir.
 
Tarix: 30-04-2020, 16:24
Xəbəri paylaş



Xəbər lenti