Səudiyyə neft bazarında müştəri qoymadı: Lukaşenko da ərəblərlə razılaşdı

Aleksandr Lukaşenko

Səudiyyə Ərəbistanı karantin günlərində neft bazarının əsas oyunçusuna çevrilib. Qaydaları məhz ərəblərin diktə etdiyini demək olar.


Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı neft bazarında mümkün qədər çox müştəri əldə etməyə çalışır. Artıq Belarus da krallıqdan neft almaq qərarına gəlib. Neftin ilk partiyası postsovet ölkəsinə yola salınıb. Belarus hələlik 80 ton məhsul əldə edib.

Səudiyyə Ərəbistanının əsas neft şirkəti olan “Saudi Aramco”dan razılaşmanı şərh etmək istəməyiblər. Sövdələşmənin gələcəyi barədə də danışan yoxdur. Ərəblər bazardakı vəziyyətə uyğun hərəkət edəcəklərini bildirir.


Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı


Bununla Rusiya daha bir müştərisini əldən verib. Belarus bizim şimal qonşumuzdan neft almağın sərfəli olmadığını bəyan edib. Şəxsən prezident Aleksandr Lukaşenko Rusiyanın dünya qiymətlərindən daha baha neft satmaq istədiyini söyləyib.

Belarus son günlərə qədər Polşadan neft almağı düşünürdü. Ümumilikdə ilin sonuna qədər Avropa ölkəsindən 100 min ton neft almaq nəzərdə tutulmuşdu. Bundan başqa, Norveçlə razılaşma ehtimalı da müzakirə edilirdi. Görünən budur ki, Belarusa məhz Səudiyyə Ərəbistanı ilə alver sərfəlidir.

Səudiyyə Ərəbistanı martın 6-dan sonra bazarda kəskin qiymət azalmasına səbəb olan addımlar atır. Xüsusilə hasilatın artırılması qiyməti azı iki dəfə aşağı salıb. Bu müddətdə Rusiya nefti böyük dəyər itirib.

Tarix: 30-04-2020, 14:00
Xəbəri paylaş



Xəbər lenti