Liviya savaşında YENİ MƏRHƏLƏ: Həftər özünü dövlət başçısı elan etdi - ŞƏRH


Liviya savaşında YENİ MƏRHƏLƏ: Həftər özünü dövlət başçısı elan etdi - ŞƏRH

Liviyada qiyamçı qüvvələrin komandanı Xəlifə Həftər Süheyrət razılaşmasından çıxaraq özünü birtərəfli qaydada dövlət başçısı elan edib.

Sosial şəbəkələr üzərindən yayımlanmış görüntülü çıxışında Haftar 2015-ci ildə Mərakeşin Süheyrət şəhərində BMT-nin vasitəçiliyi ilə imzalanmış müqavilənin qüvvədən düşdüyünü və rəhbərlik etdiyi Liviya Milli Ordusunun bütün ölkəni nəzarət altına alacağını bəyan edib. O, nəzarətində olan bölgələrdə keçirilən küçə etirazlarına işarə edərək xalqın ona verdiyi səlahiyyəti yerinə yetirdiyini deyib.

Qeyd edək ki, son dövrlər Liviya Milli Razılaşma hökuməti ilə qiyamçılar arasında döyüşlər şiddətlənib. Rəsmi Tripoliyə tabe olan ordu qüvvələri Türkiyə silahlı qüvvələrinin dəstəyi ilə Xəlifə Həfətrin milislərini bir çox ərazilərdə məğlub edərək küncə sıxışdıra bilib. Liviya Milli Razılaşma Hökumətinin baş naziri Fəyaz Sərac 3500 kvadrat kilometr ərazini və 8 şəhəri qyamçılardam geri aldıqlarını bildirib. Döyüşlərdə Həftəri dəstəkləyən Birləşmiş Ərəb Əmirliklərinin xeyli sayda muzdlu əsgəri öldürülüb. Fəyaz Sərac BƏƏ-nə və Rusiyaya müraciət edərək yaraqlılarını Liviyadan çıxartmağı tələb edib. Baş nazir əks təqdirdə, qiyamçıların tərəfində döyüşən bütün muzdlularn məhv ediləcəyini söyləyib. Çox güman ki, Xəlifə Həftərin Suheyrət razılaşmasından çıxması və özünü birtərəfli qaydada dövlət başçı elan etməsi ilk növbədə, qələbəyə yaxın olan rəsmi Tripolini sülh danışıqları masasına əyləşməyə məcbur etmək məqsədi daşıyır. Çünki Fəyaz Sərac hökuməti artıq qiyamçılarla heç bir danışıqlara getməyəcəyini bəyan edb. Əks təqdirdə, atəşkəs elan olunması yalnız Xəlifə Həftəri məğlub olmaqda xilas edə bilər. Türkiyənin dəstəyindən sonra döyüş meydanında həm hərbi, həm də siyasi mövqelərini xeyli gücləndirmmiş Milli Razılaşma Hökuməti bu prosesi davam etməsində maraqlıdır. Eyni zamanda, rəsmi Tripolinin danışıqlara başlaması Haftarı bərabərhüquqlu tərəf kimi tanıması deməkdir.

Ona görə də Həftərin özünü dövlət başçısı elan etməsi müharibənin daha da dərinləşməsinə səbəb ola bilər. Digər tərəfdən, Xəlifə Həftərin son açıqalaması çox güman ki, Liviyada bir sıra dövlətlər arasında geostrateji maraqlar toqquşmasını gücləndirəcək. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı kimi ölkələr Liviyanın prezidenti kimi Xəlifə Həftəri tanıya bilər. Türkiyə, ABŞ, Britaniya, İtaliya və Qətər isə Həftəri dövlət başçısı kimi qəbul etmədiklərini bildirəcək. Artıq ABŞ-ın Liviyadakı səfirliyi bəyanat yayaraq Xəlifə Həftərin bu bəyanatından təəssüfləndiyini qeyd edib. ABŞ Həftəri və Liviyanın legitim hökumətini Suheyrət razılaşmasına sadiq qalmağa çağırıb.

“ABŞ Müqəddəs Ramazan ayında mülki şəxslərin əziyyət çəkdiyi və yeni növ koronavirus epidemiyasının daha çox həyatı üçün təhlükə olduğu bu dövrdə Liviya Milli Ordusunu Milli Razılaşma Hökuməti ilə anlaşaraq humanitar atəşkəs elan etməyə və Birləşmiş Millətlər Təşkilatının Liviya Xüsusi Nümayəndəsinin rəhbərlik etdiyi 5+5 hərbi komitəsi çərçivəsində danışıqlar yolu ilə davamlı atəşkəsi təmin etməyə dəvət edir”-səfirliyin bəyanatında belə deyilir.

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, Xəlifə Həftərin özünü dövlət başçısı elan etməsi qanunsuz və Liviyada vətəndaş müharibəsini dərinləşdirəcək bir addımdır:

“Çünki Həftər qiyamçıdır və ordunun böyük hissəsini mərkəzi hakimiyyətin nəzarətindən çıxarımış bir adamdır. Onun özünü birtərəfli qaydada dövlət başçısı elan etməsi Liviyada vəziyyəti daha da gərginləşdirəcək. Hesa edirəm ki, ABŞ onun bu addımlarını bəyənmir. Birləşmiş Millətlər Təşlkilatı da Həftərin bu təxribatçı hərəkətini qəbul etmir. Avropa Birliyi də eyni mövqedədir. Yəni dünya ictimai rəyinin əksər hissəsi qanuni seçilmiş hökumətin tərəfindədir. Liviya Milli Razılaşma Hökumətinə Türkiyə də ciddi dəstək verir. Bu da mərkəzi hakimiyyətin gücünü artırıb. Ona görə də ölkədə rəsmi Tripoliyə etimad daha güclüdür. Bütün bunlar deməyə əsas verir ki, Həftər qeyri-konstitusion yollarla dövlət başçısı səlahiyyətlərini üzərinə götürməsinə baxmayaraq, sonda məğlub olacaq. Nəticədə o ya siyasi meydandan çəkiləcək, ya da Liviya məhkəməsinin qarşısında cavab verəcək”.

Qabil Hüseynli qeyd etdi ki, Həftərin əsas dəstəkçiləri Misir, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələr Həftərə dəstək versə də böyük ehtimalla ölkədə vətəndaş müharibəsini dayandırmaq, mərkəzi hakimiyyətin Lviyaya tam nəarətini bərpa etmək mümkün olacaq.

Tarix: 28-04-2020, 16:46
Xəbəri paylaş



Xəbər lenti