“Vəziyyət Putin üçün fövqəladə olmalıdır, sizin üçün yox...”





Aparılan sorğular göstərir ki, Rusiya prezidenti Vladimir Putinin reytinqi sürətlə düşür və onun nüfuzu hakimiyyətdə olduğu  20 il ərzində heç bu səviyyəyə enməmişdi və təsadüfi deyil ki, Rusiya KİV-də  Putin idarəetməsinin əleyhinə tənqidi yazıların sayı  çoxalmaqda davam edir. 

Putin haqqında yazılanlara diqqət ayırmağımızın səbələri çoxdur. Rusiyada baş verən hadisələr bütün dünyaya təsir edib, edir, edəcək və təbii ki, Azərbaycana da. Necə ki, bu ölkədəki təlatümlərdən sonra ölkəmizin tarixi bir neçə dəfə dəyişib. Yazılanlara diqqət etsək, sanki Rusiya İvan Turgenevin “Ərəfə”romanında olduğu kimi bir ƏRƏFƏDƏDİR və Nikolay Dobrolyubovun bu roman haqqında yazdığı “ Bəs, əsil gün nə vaxt gələcək” yazısının başlığı kimi, Rusiyanın daxilində də, xaricində də  O GÜNÜN GƏLƏCƏYİNİ səbirsizliklə gözləyənlər var. 
 
Moderator.az Rusiya demokratik mətbuatının sonuncu dayaqlarından olan “Exo Moskvı”-nın yazarlarından  Qriqori Yudinin pandemiya ilə əlaqədar Putinin bu çətin günlərdə nələrə əl atacağını proqnozlaşdıran kiçik məqaləsini təqdim edir. 

“Fövqəladə vəziyyət barədə müzakirələrdə əsas sual -  onu tətbiq etməyə dəyərmi deyil,   onu kim tətbiq etməlidi.

Əgər Putinin niyə fövqəladə vəziyyət tətbiq etməməsi ilə maraqlanırsınızsa, özünüzdən soruşmağa çalışın ki,  o niyə bunu tətbiq etməlidir. Fövqəladə vəziyyət normal siyasəti dayandırır və normal situasiyalarda olmayan  fövqəladə  vasitələr tətbiq edir. Bu gün Putinin situasiyaya ilə bacara bilməsi üçün onun doğru hesab etdiyi  hansı vasitələr yoxdur? Cavab: onun hələ ki, bütün vasitələri var. 
Fövqəladə vəziyyətə zərurət o vaxt o vaxt yaranar ki,  Putin qərara alır: mülki qubernator Sobyanin epidemiya ilə mübarizə aparmağa mane olur və onu təcili olaraq komendantla əvəz etmək lazımdır. Əlbəttə ki, Putini bu fikrə təhrik etmək istəyən insanlar var. Onlar komendantın  roluna arxalanırlar.
Sual yaranır: necə ola bilər ki, vəziyyət obyektiv olaraq fövqəladədir,  Fövqəladə Vəziyyət  tətbiq etməyə isə ehtiyac yoxdur? Cavab çox sadədir: Vladimir Putin ölkəni çoxdan fövqəladə səlahiyyətlərin  köməyi ilə idarə edir. Hüquqi baxımdan bu səlahiyyətlərin Rusiya qanunvericiliyinin hüdudlarından kənara çıxdığını söyləmək düzgün deyil. Daha doğrusu belədir ki, Putinə istədiyi qədər səlahiyyət vermək üçün Rusiya qanunvericiliyini quraşdırırlar və bu  düzəlişlərdə  təbii olaraq heç bir sərhəd yoxdur. Hətta  o hakimiyyətdə  müddətsiz qalmaq və mütləq hüquq əldə etmək istəyərsə,  o zaman  şübhəsiz ki, qanunvericilik də istədiyi kimi dəyişdiriləcəkdir.  Əslində,  bu artıq baş verib.
Buna görə, Putinin fövqəladə vəziyyət tətbiq etməsi üçün, artıq sahib olduğu fövqəladə səlahiyətlər ona kifayət etmir və 24 saat ərzində  o, parlament vasitəsilə bunu ala bilər. Yəni,  fövqəladə vəziyyətdə bu fövqəladə məsələ olmalıdır.  Bunun hansı şəraitdə baş verəcəyini anlamaq olduqca asandır. Ancaq əsas odur ki, vəziyyət sizin üçün deyil, Putin üçün fövqəladə olmalıdır.

Qədim Romadan fərqimiz ondadır ki, Romada fövqəladə vəziyyəti senat  elan edirdi, diktatoru isə konsul təyin edirdi, amma  bu heç  Juli Sezar  ömürlük diktator olanda da Romanı xilas etmədi. Bizim vəziyyətimizdə isə prezident özü-özünü diktator elan edəcək. Güzgüdəki əksinizə baxın - əgər orada paqonlar yoxdursa, deməli siz diktator Putini istəmirsiniz”.

P.S. Göründüyü kimi müəllif vəziyyətin xalq üçün deyil, Putin üçün fövqəladə olduğunu qeyd etməklə açıq şəkildə Putin rejiminin xalqa deyil, məhz “paqon” sahiblərinə - polis və qvardiyaya söykəndiyini göstərir, amma bu vəziyyətin üzü Roma imperiyasından bu günədək gəlmiş-getmiş diktatorların heç birini xilas etmədiyini də vurğulayır. 

P.S.S. Dünya bu ərəfədə Kim Çen Inın ölüm xəbərini səbirsizliklə gözləyir.

Tərcümə və qeydlər: İlham İsmayıl
Tarix: 28-04-2020, 11:22
Xəbəri paylaş



Xəbər lenti