Silaha xərclənən MİLYARDLAR: Bu ölkələr hərbi arsenalını gücləndirir - ARAŞDIRMA


Silaha xərclənən MİLYARDLAR: Bu ölkələr hərbi arsenalını gücləndirir - ARAŞDIRMA

Son on ildə dünyada ən böyük hərbi ayırmalar 2019-cu ildə baş verib.

Cebhe.info-nun məlumatına görə, Stokholm Beynəlxalq Hərbi Araşdırmalar İnstitutunun (SİRPİ) növbəti illik hesabatında belə deyilir. Sənəddə bildirilir ki, 2019-cu ildə hərbiyə yönəldilən vəsaitlərin həcmi 2018-cui illə müqayisədə 1 trilyon 917 milyon dolar artıq olub. Müdafiə sahəsində ən çox maliyyə xərcləyən ölkələr sırasında ilk beşliyə Rusiya liderlik edir. Rusiyanın hərbi xərcləri 2017-2018-ci illərdə azalıb. Həmin dövrdə bu göstərici 61,4 milyard dollar təşkil edib və Rusiya dünya üzrə reytinq cədvəlində 6-cı yerə düşüb. Bu o demək idi ki, 2006-cı ildən bəri ilk dəfə olaraq, Rusiya hərbi ehtiyaclara ən çox pul xərcləyən ilk beş dövlətin sırasında deyildi. 2019-cu ildə Rusiyanın müdafiə büdcəsi 4,5 faiz artaraq 65,1 milyard dollara çatıb. Bu, ümumi daxili məhsulun 3,9 faizinə bərabərdir. Bu isə 2019-cu ildə Avropada ən yüksək göstəricilərdən biri idi. Paralel olaraq, Səudiyyə Ərəbistanının hərbi xərclərinin 16 faiz azalması Rusiyanın 4-cü yerdə qərarlaşmasına səbəb olub. Üçüncü sırada yer alan Səudiyyə Ərəbistanı isə iki pillə geriləyərək reytinq cədvəlində beşinci yerə düşüb.

“2019-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrin fəaliyyətini, milli qvardiya qüvvələrinin fəaliyyətini və Müdafiə Nazirliyinin digər xərclərini (işçilərə və ailələrinə sosial dəstək üçün və s.) dəstəkləmək üçün xərcləri artırıb”-deyə SİPRİ-nin tədqiqatçısı Aleksandra Kuimova bildirib.

İlk beşliyə daxil olan ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyanın ümumi hərbi xərclərinin 62 faizini təşkil edir. 2019-cu ildə dünya ölkələrinin ümumi hərbi xərcləri qlobal ÜDM-in 2,2 faizinə bərabər olub. “2019-cu ildə qlobal hərbi xərclər 2010-cu illə müqayisədə 7,2 faiz çox olub ki, bu da son on ilin artım tendensiyasını göstərir. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən yüksək rəqəmdir və xərclərin pik nöqtəsi kimi qeyd edilə bilər” –SİPRİ-nin tədqiqatçısı Nan Tian belə deyib. ABŞ-ın hərbi xərcləri 2019-cu ildə 5.3 faiz artaraq 732 milyard dollara çatıb və dünya üzrə müdafiə ayırmalarının ümumi həcminin 38 faizini təşkil edib. Amerikan artımı Almaniyanın son bir illlik hərbi büdcəsinə bərabərdir.

“ABŞ-ın hərbi xərclərindəki son artım böyük güclər arasında yenidən qurulmuş hərbi rəqabət hissinə əsaslanır”-SİRPİ-nin elmi əməkdaşı Piter Vezeman belə deyib. Çin və Hindistan bölgədə silahlanmaya ayrılan xərclərə görə, Asiyada ən böyük reytinqinə malikdir. Üstəlik, bu ölkələr dünya reytinqində müvafiq olaraq ikinci və üçüncü pillələri tuturlar.

Ötən il Çin hərbi ehtiyaclara 261 milyard dollar xərcləyib. Bu 2018-ci illə müqayisədə 5.1 faiz artıqdır. Hindistan isə müdafiə büdcəsini 6,8 faiz artıraraq 71.1 milyard dollara çatdırıb. Avropada hərbi xərclərin artımında Almaniya üstünlük təşkil edir. Rəsmi Berlin 2019-cu ildə hərbi büdcəni 10 faiz artıraraq 49,3 milyard dollara çatdırıb. Bu, son bir ildə ən yüksək 15 artım sürətindən biridir. SİRPİ-nin elmi əməkdaşı Dieqo Lopes de Silva hesab edir ki, Almaniyanın hərbi xərclərinin artırılmasını Rusiyadan gələn təhdid hissi ilə izah oluna bilər. Lakin Fransa və İngiltərədəki hərbi ayırmalar nisbətən sabit olaraq qalır. Şərqi Avropaya gəldikdə, hesabatda NATO üzvü olan bir sıra ölkələrdə hərbi xərclərin kəskin artdığı qeyd edilir. Beləliklə, Bolqarıstanda xərclər 127 faiz artıb ki, bu da əsasən yeni döyüş təyyarələri üçün ödənişlərlə əlaqədardır. Rumıniyada isə artım tempi 17 faiz təşkil edib. Ötən il 29 NATO ölkəsinin ümumi hərbi xərcləri 1.035 trilyon dollar olub. Hərbi xərclərin ağırlığına görə, 15 ölkə arasında Səudiyyə Ərəbistanı (ÜDM-in 8%) birincidir, Yaponiya (ÜDM-in 0.9%) isə sonuncudur. Şimali və Cənubi Amerikada hərbi xərclərin iqtisadiyyata orta ağırlıq yükü ÜDM-in 1.4 faizini təşkil edib. Bu göstərici Afrikada 1,6 faiz, Asiya və Okeaniyada, həmçinin Avropada 1,7 faiz təşkil edib. Yaxın Şərq ölkələrində isə hərbi ayırmaların iqtisadi təsirləri 4,5 faiz göstərilir.


Tarix: 27-04-2020, 13:31
Xəbəri paylaş



Xəbər lenti