“Prezident sandığın üstündə oturub karantində xalqa pul paylayıb-paylamamaq haqda düşünür...”-VİDEO
Israilin “9-cu kanal”ında yayımlanan məşhur “Qoruq” satirik siyasi mult-şou layihəsi həftənin nəticələrinin ümumiləşdirildiyi və əsasən dünya liderlərinin koronavirus pandemiyasına qarşı mübarizəsindən bəhs edən yeni 120-ci seriyasını təqdim edib.
Moderator.az 3 əsas hissədən ibarət olan mult-şounun video-yazısını nəzərinizə çatdırır:
1. Süjet Puşkinin “Xəsis cəngəvər” poeması əsasında qurulub. Xəsis çar rolunda çıxış edən Rusiya Prezidenti Putin Milli Rifah Fondunun(MRF) toplandığı sandığın üstündə oturaraq koronavirus pandemiyası zamanı xalqa pul payayıb-paylamamaq haqda düşünür.
2. Tramp, Pompeo, Merkel, Putin və Conson dünyanın bütün şərləri ilə mübarizə aparan Prezident Betmen haqqındakı super qəhrəman hekayəsində.
3. Navalnıy, Sobol, Volodin, Matviyenko və Zolotov bir-biri ilə onlayn mübarizə aparmaq haqqında mahnı oxuyurlar.
İnformativ əsaslar:
- Əksər iqtisadçı ekspertlərin fikrincə, pandemiya zamanı Vladimir Putinin əhaliyə və biznesə dəstək verilməsi üçün elan etdiyi tədbirlər açıq şəkildə kifayət deyil. MRF-nin vəsaitlərinin aktiv olaraq xərclənməsi üçün çağırışlar var.
-“Fox News”-un yaydığı məlumata görə, koronavirusa ilk yoluxan - sıfır xəstə Uhanda bir laboratoriya işçisi olub ki, bu da virusun süni şəkildə yaradıldığını göstərir.
- Tramp, faktları gizlətməkdə günahkar hesab etdiyi ÜST-nin maliyyələşdirilməsinin dayandırıldığını elan etdi.
- Rostov-Donda ümumi karantin-təcrid rejiminə qarşı onlayn mitinq keçirildi.