Almaniyanın kansleri dəfələrlə "siyasi meyit" elan edilib. Ancaq mövcud pandemiya, frau kanslerin daxildə və xaricdə nüfuzunu və populyarlığını ciddi şəkildə artırdı. Almaniyanın məşhur “Deutsche Welle” jurnalı bu populyarlığın səbəbini aydınlaşdırmağa çalışıb.
Almaniya kanslerini son zamanlar “topal ördək” ("Lame duck") kimi təqdim edirdilər. Latın dilindən gələn bu ifadə Qərbdə tutduğu vəzifəyə yenidən namizəd ola bilməyən siyasətçilərə şamil edilən ümumi siyasi anlayışdır.
Siyasi müşahidəçilər deyir ki, kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Birliyi (CDU) 2017-ci ilin federal seçkilərində zəif nəticə göstərdi, 2018-ci ildə o, partiya lideri vəzifəsindən istefa verdi. Keçmiş rəqibi Friedrich Merz 2018-ci və 2020-ci illərdə siyasi lider kimi Angela Merkeli arxada qoymağa cəhd etdi. Ancaq alınmadı. "Merkelçilər"in 2019-cu ildə parlamentdən geri çəkilcəyi gözlənilirdi. Ancaq yox, o, hələ də öz yerindədir. Angela Merkel köhnə “Volkswagen Beetle” (VW böcəyi. Alman avtomobil markası. E.H) kimidir: köhnə və bir az yöndəmsiz olsa da, etibarlıdır.
Hazırda frau Merkel illərdir, görmədiyi şöhrətin ucalığında məst olub. “Buradakı media Merkelə dünyanın ən güclü liderlərindən biri kimi baxır", - deyə İsrail ictimai televiziya kanalının müxbiri Amichai Stein “DW”-yə bildirib: "Merkel insanlarla anlaya biləcəyi sadə dildə danışır və təhlükəni açıq şəkildə izah edir. Bu, ona uğur gətirir".
Bu cür dəyərləndirmə sosial mediada yayılan yazılarla üst-üstə düşür. Mart ayında Yeni Zelandiyanın “ Herald” nəşri "Almaniya liderinin gücü böhran zamanı daha parlaq şəkildə göründü", başlıqlı məqalə dərc edib. Bu həftənin əvvəlində Argentinanın ən çox oxunan gündəlik “Clarin” nəşri isə kansler üçün tərif himninə çevrilən bir məqalə təqdim etdi.
Ricardo Roa yazır: "65 yaşındakı fizika doktoru, lüteran pastorunun qızı və Latın dili müəlliməsi" 15 il iqtidarda olmasına baxmayaraq öz xalqı ilə "normal bir insan kimi" davrandı. O, koronavirus böhranı zamanı dünyada özünü məharətlə aparan azsaylı liderlərdən biri kimi yadda qaldı. "Elmi ciddiliklə ünsiyyət qurur. Sakit şəkildə anlaşır. Əsəbi tərksilah edir".
Şərhçi yazır ki, Almaniya kansler problemi həll edir, o, problemdən öz xeyrinə yararlanmaq haqqında düşünmür, "möhkəmliyi və qətiyyəti" açıq şəkildə ortaya qoyur.
Bənzər səsləri ABŞ-da da eşitmək olar. “The Atlantic”, “Forbes” və “The New York Times” qəzetlərinin son saylarını oxuyan hər kəs görür ki, Donald Tramp tənqid olunur, Angela Merkel isə göylərə qaldırılır. Kanslerin “xarakterik rasionallığı” öyülür.
Londondan da oxşar xəbərlər daxil olur. Bir müxbir qeyd etdi ki, demək olar, hökumət nümayəndələrinin keçirdiyi hər mətbuat konfransında jurnalistlər “Downing Street”in (yəni hökumətin) niyə Almaniya nümunəsindən yararlanmadığını soruşurlar.
Almaniyada isə vurğulayırlar ki, Angela Merkelin qərar vermək və liderlik tərzinin xüsusi mahiyyəti koronavirus dönəmində daha aydın şəkildə göründü: "Merkelin yanaşması məqsədəuyğun olduğu qədər praqmatikdir, hər zaman analitik cəhətdən diqqətlə yoxlanılır və saf-çürük edilir. Ayıq protestant olan bu xanım təravətli şəkildə iddiasızdır”.
Bundan əlavə, o, "özünə güvənən bir ideoloji sistemin süqutu"nda həyat təcrübəsi qazanıb və qadın vəhmli alimlik də ona mürəkkəb vəziyyətdən uğurla çıxmağa yardım edir.
Son olaraq qeyd edək ki, Almaniya koronavirusla mübarizədə ciddi uğur qazanan ölkələr sırasında öndə gedir. Bu uğurun əldə olunmasında Angela Merkelin müstəsna xidməti var.
Elbəyi Həsənli, Sürix