Ermənistanda bir neçə polis əməkdaşı həbs edildi

 

Ermənistanın Davidaşensk rayonunun Polis Bölməsinin 4 əməkdaşı Dövlət Təhlükəsizliyi Xidmətinin və respublika polisinin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunub.

“Report”un məlumatına görə, bu barədə “NEWS.am”a həbs edilən polislərdən üçünün vəkili Qarik Qalikyan bildirib.

Onun sözlərinə görə, polislərə qarşı ittiham irəli sürülüb və onlar barəsində həbs qərarı çıxarılıb. Vəkil hələ müdafiə etdiyi şəxslərin həbsindən şikayət verməyib.

Tarix: 14-04-2020, 09:17
Xəbəri paylaş



Xəbər lenti