Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC işçiləri müqavilədən kənar və əlavə işlərə cəlb edir, bayram günlərində məcburi işə çağırır.
Bu barədə Tribuna.az-a şikayətçi Əli Əliyev məlumat verib. O bildirib ki, bayram tətillərində işçilərə könüllü olaraq işə çıxmaq istədiklərinib sübutu kimi imza çəkdirirlər: “Mənim bir neçə dövlət qurumuna şikayətimdən sonra işçilərə imza məkdirdilər ki, guya bayram günlərində könüllü olaraq işə çıxıblar. Guya bu işçilər başqa gün tətil edəcəklər.
Anbarın daxilində sınan və ya əskik çıxan mallar işçinin, fəhlənin boynunda qalır. Amma anbarın artıq olan malı işçiyə verilmir. Sınan malların pulu hemçinin işçinin əmək haqqından tutulur.
Ştat açmadıqları halda işçini həmin ştatda işlədir, amma əməkhaqqı kimi isə minimum maaş verirlər.
Özüm 5-6 işi birdən görürdüm, amma əsas işim guya dərmanların son istifadə tarixi və sayım üzrə mütəxəssis idi. O işdən əlavə çeşidləmə, qablaşdırıcı bahalı dərmanların sayımı, tarixləri tapılmayan dərmanların müəyyənləşdirilməsi işlərini görürdüm. Amma maaş kimi ancaq bir işin maaşını verirdilər”.
Yeri gəlmişkən, dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri də etiraza qalxıb. İşçiləri bildirib ki, ştatsız işlədilir, bayram və tətil günlərində işə cəlb edilir, əlavə günlərin əməkhaqları isə ödənilmir.
Bu barədə Tribuna.az-a MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri bildirib. İşçilərin sözlərinə görə, onlar bayram günləri də işə cəlb edilir, ancaq bu günlərin ödənişi edilmir: “Burada kim nə işlə məşğuldur, kim nəçidir, bəlli deyil. Bir nəfərə 10 adamın işini gördürürlər. Kim hansı ştatdadır, məlum deyil. İşlədirlər, ancaq pulumuzu vermirlər. Bayram günləri və şənbə hamını işə çağırdılar. Ancaq o günlərin pulu hələ də ödənməyib. Mart ayındakı bayram günlərində, Qurban bayramı günlərində də hamımız işə çıxmışıq. Hamımıza bir kağıza da qol çəkdirdilər ki, guya biz öz istəyimizlə bayram günləri işləməyə razıyıq.
Hansısa ştatda çalışırıq, amma əmrimiz verilmir. Hər kəsin guya bir vəzifəsi var. Amma bu vəzifə, ştat rəsmi formada deyil. Bu qədər işçini ştatsız çalışdırıb, haqlarını da ödəmirlər”.
İşçilər bildirib ki, bir ildir ən aşağı maaşla əməkləri istismar edilir:
“Anbarda nəsə əskik olsa, bunu işçinin ayağına yazırlar. Ancaq artıq olanda anbara qalır. Mal əziləndə, sınanda pulunu işçidən çıxırlar. MMC-nin bir anbarından digər anbarına artıq və ya əskik mal gedəndə işçini cərimələyirlər. Halbuki o mal itmir, sadəcə bir anbardan digərinə daşınır”.
Narazı işçilər haqlarının ödənilməsini, ştatların açılmasını və əmrlərinin verilməsini tələb edir. Bəzi işçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyəti dövlət qurumlarına, məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, “Zeytun Pharmaceuticals” MMC dövlət satınalmalarında iştirak edən ən böyük şirkətlərdəndir. 2014-cü ilin oktyabrında yaranmış,  Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.  O, keçmiş Səhiyyə nazirimərhum  Oqtay Şirəliyevin qohumudur. Elə şirkətin də faktiki Oqtay Şirəliyevə məxsus olması barədə dəfələrlə mediada məlumatlar yayılsa da, təkzib olunmayıb. Oqtay Şirəliyev nazir olduğu dövrdə “Zeytun Pharmaceuticals” dövlət proqramları çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin təmini ilə məşğul olub. Büdcədə səhiyyə sahəsində nəzərdə tutulan proqramlar üzrə dərman və tibb ləvazimatların tədarükü üçün ən böyük tenderlər də məhz bu şirkətə həvalə edilib. Hətta koronavirus infeksiyasının aşkar edilməsində istifadə olunan spesifik diaqnostik testlərin alınmasını da bu şirkət həyata keçirirdi. Şirkətin qanuni təmsilçisi olan Şirəliyev Bəhruz Əvəz oğlu həm də “Rəvan” futbol klubunun keçmiş vitse-prezidentidir.
Eyni zamanda cumhuriyyet.az xatırladır ki, iki il öncə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən “ZEYTUN PHARMACEUTİCALS” MMC-yə məxsus 10-a yaxın aptekdə əməliyyat keçirilib və məsul şəxslər saxlanılıb. İlkin məlumata görə, “Zeytun”un Xəzər rayonu Binə qəsəbəsində yerləşən və Aslan adlı şəxsin idarə etdiyi, Nizami rayonu, Qarayev prospektində yerləşən və Arzu adlı şəxsin idarə etdiyi, Suraxanı qəsəbəsi, Samir Şərifov küçəsində yerləşən və Elvin adlı şəxsin idarə etdiyi, Sumqayıt şəhərində Dağlar adlı şəxsin idarə etdiyi “Dağlar” aptekdə əməliyyatlar keçirilib. Yuxarıda adları qeyd edilən şəxslər saxlanılaraq material formasında araşdırmalara başlanılıb. Həmin apteklərdə qanunsuz dərman satışı həyata keçirildiyi iddia olunub.
Qarşı tərəfi dinləməyə hazırıq.

Tarix: Dünən, 22:11
Xəbəri paylaş



Xəbər lenti