
Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsi, 10 ünvanında yerləşən beşmərtəbəli binanın həyətindəki qurumuş ağaclar sakinlərin narazılığına səbəb olub.
"DİA-AZ" xəbər verir ki, onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem hələ də tam həllini tapmayıb. Sakinlərdən biri bildirib ki, əraziyə gələn əməkdaşlar qurumuş ağacları kəsmək əvəzinə onları budamaqla kifayətləniblər:
"Bir ildir ərizə yazmışam. İcra hakimiyyəti də, bələdiyyə də razılıq verib. Dedim ki, ağacı dibindən kəsin, yer açılsın. Amma gəlib qurumuş ağacı budayıb gediblər".
Sakinlər deyir: "İcra başçısının qəbulunda düşmək istədik, imkan vermədilər. Görünür ki, Budaqov cənabları ancaq budama işlərinə baxır. Sabah təhlükəli hadisə olsa, nə edəcəklər?
Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."