
Şikayətlə bağlı BDU tələbələri Aztehsil.az-a müraciət ediblər.
Tələbələr bildirir ki: "Hüquq fakültəsində tələbələrə haqq, ədalət və qanunun aliliyi öyrədildiyi deyilir. Lakin təəssüf ki, gələcəkdə başqalarının hüquqlarını müdafiə edəcək şəxslərin özlərinin səsi eşidilmir və onlara qarşı ədalətsizliklər baş verir.
Tələbələrin yazılı işləri tam oxunmadan qiymətləndirilir, qanunvericilikdə açıq şəkildə göstərilən müddəalar nəzərə alınmır və əsaslandırılmış etirazlar cavabsız qalır. Bunun nəticəsində tələbələrin akademik göstəricilərinə və gələcək karyeralarına mənfi təsir göstərən qərarlar qəbul edilir.
"Qırmızı diplomu onsuz da heç kim görmür, hər şey elektron sistemdədir" kimi yanaşmalar isə tələbələrin illərlə çəkdiyi zəhməti və əldə etdikləri nailiyyətləri dəyərsizləşdirir. Apellyasiya müraciətləri zamanı məsuliyyətin başqa qurumların üzərinə atılması da problemin həllinə deyil, onun daha da dərinləşməsinə səbəb olur.
Biz, gələcəyin hüquqşünasları olaraq, haqqımızın və qanuni hüquqlarımızın qorunmasını tələb edirik. Bu gün öz hüquqlarımızı müdafiə edə bilməsək, sabah başqalarının hüquqlarını necə müdafiə edəcəyik? "