Məsələn, 4 nömrəli avtobusu qeyd edim. İşə gedib-gəlmək üçün hər gün bu marşrut avtobusundan istifadə edirəm.Xəttdə işləyən nəqliyyat vasitələrinin intervalı 30, bəzən 40 dəqiqə təşkil edir ki, bu da sərnişinlər üçün çox pisdir.
İşə gedəndə gecikirik, qayıdanda isə yorğun halda dayanacaqda avtobus gözləmək əzabdır. Bunu dəfələrlə AYNA-nın mətbuat katibi Tural Orucova bildirmişəm.
Cavabında hər şeyin düzgün olduğunu bildirib. Mən güman edirdim ki, həmkar olaraq bizim iradımızı, xahişimizi AYNA rəhbərliyinə çatdırıb məsələnin həllinə kömək edər.
Ancaq tam əksi oldu. Eybi yox, vaxt gələr, Tural müəllimi də dayanacaqlarda görərik. Onda bir daha sual verəcəm..
Sima Babayeva
TEREF