“MÜNAQİŞƏ REGİONAL HƏRBİ ESKALASİYAYA DOĞRU GEDİR...” - Politoloq ən real üç ssenarini açıqladı

"İranın müttəfiqi olan silahlı qruplar münaqişəyə qoşularsa, bu, bütün regionu əhatə edən böyük müharibəyə çevrilə bilər"“ABŞ və İsrailin İrana qarşı birgə hava zərbələri regionda açıq hərbi qarşıdurma mərhələsinə keçdiyini göstərir. Hücumlar Tehran və digər şəhərlərdə hərbi və strateji obyektləri hədəfə alıb və ABŞ rəhbərliyi əməliyyatları “böyük hərbi əməliyyatlar” kimi xarakterizə edib. ABŞ hərbiçilərinin itkiləri də mümkündür”.“AzPolitika” bildirir ki, bunu tarixçi professor Xaləddin İbrahimli İrana qarşı hərbi əməliyyatları şərh edərkən bildirib.Politoloq əlavə edib ki, İran cavab olaraq İsrailə raket və dron zərbələri endirib və ABŞ bazalarını hədəf kimi elan edib: “Bəhreyndə ABŞ 5-ci Donanmasının qərargahı raket hücumuna məruz qalıb və İran raketlərinin bir hissəsi region ölkələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bu vəziyyət göstərir ki, münaqişə artıq lokal zərbələr mərhələsindən çıxaraq regional hərbi eskalasiyaya doğru gedir”.X.İbrahimli xatırladır ki, ABŞ əməliyyatlarının bir neçə gün və ya daha uzun müddət davam edə biləcəyi gözlənilir.“Münaqişənin qısa müddətdə bitməsi mümkün olsa da, hava və raket zərbələri ilə davam edən həftələr və ya aylar çəkən məhdud müharibə daha real görünür. Müharibənin müddəti əsasən İranın cavab zərbələrinin miqyasından asılı olacaq”, - o vurğulayıb.Professor deyib ki, ABŞ bazaları olan Orta Şərq ölkələrinin müharibəyə qoşulması riski artıq real xarakter daşıyır. Əgər İran ABŞ bazalarına hücumları genişləndirərsə və müttəfiqi olan silahlı qruplar münaqişəyə qoşularsa, bu, bütün regionu əhatə edən böyük müharibəyə çevrilə bilər.Politoloq bildirib ki, hazırda region ölkələri əsasən müdafiə mövqeyində qalmağa çalışır, lakin eskalasiya riski yüksəkdir: “ABŞ rəhbərliyi İran rejiminin dəyişməsini açıq şəkildə gündəmə gətirsə də, qısa müddətdə rejim dəyişikliyi ehtimalı aşağı qiymətləndirilir. Yalnız uzunmüddətli müharibə və ya daxili siyasi böhran nəticəsində rejim dəyişə bilər”.Onun sözlərinə görə, bu halda İranda liderlərə yönəlik sui-qəsd xarakterli hücumlar davam edə, potensial hakimiyyət iddiaçıları fiziki olaraq ortadan qaldırıla bilər.Politoloq ən real üç inkişaf ssenarisini də açıqlayıb: “Məhdud regional müharibə: müharibə hava və raket zərbələri ilə davam edəcək, ABŞ və İsrail zərbələr endirəcək, İran isə İsrailə və ABŞ bazalarına cavab verəcək. Bu mərhələ həftələr və ya aylar davam edə bilər, lakin quru müharibəsi ehtimalı aşağıdır.Böyük regional müharibə: əgər İran ABŞ bazalarına geniş hücumlara başlayarsa və regiondakı silahlı qruplar münaqişəyə qoşularsa, müharibə bütün Yaxın Şərqi əhatə edə bilər və Körfəz ölkələri birbaşa tərəf olacaq.Qısa müharibə və siyasi razılaşma: Az ehtimal olunan ssenariyə görə bir neçə gün və ya həftəlik zərbələrdən sonra tərəflər atəşkəsə razılaşa bilər, rejim dəyişməz və münaqişə müvəqqəti dayanmış olar".Politoloq deyib ki, hazırkı vəziyyətə əsasən ən realist ehtimal məhdud regional müharibədir və ABŞ–İsrail zərbələri ilə İranın cavab zərbələri artıq münaqişənin genişlənmə mərhələsinə keçdiyini göstərir. O bildirib ki, hələlik tammiqyaslı müharibə əlamətləri müşahidə olunmur.
Tarix: 28-02-2026, 16:47
-
Dünən, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
Dünən, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
Dünən, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
Dünən, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
Dünən, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
Dünən, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
Dünən, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
Dünən, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
Dünən, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
Dünən, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
Dünən, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Dünən, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
Dünən, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
Dünən, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
-
24-07-2026, 23:17
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
-
24-07-2026, 23:06
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
24-07-2026, 23:02
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA (FOTO)
-
24-07-2026, 22:51
Mədəniyyət Nazirliyi AYB-yə qarşı
-
24-07-2026, 22:49
Sığınacaqdakı peşə məktəbinin tikintisi dayandırıldı
-
24-07-2026, 22:47
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
24-07-2026, 22:39
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
-
24-07-2026, 17:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)
-
24-07-2026, 17:20
Açıq şəkildə görünür ki, dünya sürətlə böyük müharibəyə doğru gedir
-
24-07-2026, 17:17
Vəzifəli şəxslər həbs edildi - Məmməd Musayevlə əlbir olub 100 milyonu talayıblar
-
24-07-2026, 14:38
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
-
24-07-2026, 11:02
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
-
24-07-2026, 10:54
"Yeraltı dünyanın baş naziri"nin inanılmaz həyatı: Ölümün gözünə baxıb geri döndü
-
24-07-2026, 09:20
Kəmaləddin Heydərovun Monteneqro səfəri - Dövlət siyasəti ya şəxsi biznes?
-
24-07-2026, 09:19
“Əkinçi”dən süni intellektə: Azərbaycan mətbuatı yeni dövrün astanasında
-
23-07-2026, 23:20
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?