Göygöl Suvarma Sistemləri İdarəsi Quşqara kəndinin əkin sahələrinə xidmət edən 1 km uzunluğunda qapalı boru xəttinin çəkilməsi ilə bağlı iri məbləğli satınalmanı yekunlaşdırıb.32gun.az-ın verdiyi məlumata görə, 198 000 AZN dəyərində olan müqavilə "İnvestaz" MMC ilə "bir mənbə" metodu vasitəsilə bağlanıb.


32gun.az-ın əldə etdiyi məlumata görə, dövlət sifarişini qazanan "İnvestaz" MMC-nin dövlət büdcəsinə 17 840.85 AZN vergi borcu mövcuddur.
Nizamnamə kapitalı cəmi 6 AZN təşkil edən şirkətin qanuni təmsilçisi Elşən Rəhmət oğlu Qafarovdur. Hüquqi ünvanı Masallı rayonu, Təzəkənd kəndində yerləşən MMC-nin vergi borcu olduğu halda tender qalibi seçilməsi və satınalmanın məhz şəffaflığı sual doğuran "bir mənbə" metodu ilə həyata keçirilməsi diqqət çəkir.