
Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) ise Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
21:08
Milli Yaylaq Festivalında taxta konstruksiyanın aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Hadisədə 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov yaralanıb.
Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Report
***
19:33
Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.
Hadisə Milli Yaylaq Fevralının keçirildiyi Xan Yurdu adlan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib.
APA