Gürcüstanın AB-yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı

Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində irəliləyişi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim saymaması səbəbindən dayandırılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi X hesabında yayılan bəyanatda bildirilib.

“Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, AB-yə daxil ola bilməyəcək”, – bəyanatda vurğulanıb.

Qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqını dəstəkləyir, lakin Gürcüstanın hazırkı hakimiyyətini tanımır.

Tarix: 20-07-2025, 11:50
Xəbəri paylaş



Xəbər lenti