Danışıqlar olmayıbsa, onda İlham Əliyev və Nikol Paşinyan kiminlə görüşüb? – rusiyalı analitik

 Əgər Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparılmayıbsa, onda aprel müharibəsindən sonra dəfələrlə bir tərəfdə Serj Sarkisyan və Nikol Paşinyan, digər tərəfdə isə İlham Əliyev kiminlə görüşüb.

KONKRET.az xəbər verir ki, bu fikri Ermənistanın tert.am saytına verdiyi açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq ekspert, rusiyalı analitik Qriqori Trofimçuk Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini müzakirə etməsini və Ermənistan Xarici İşlər Nazirinin buna reaksiyasını şərh edərkən söyləyib.

“Bir yandan Ermənistanın mövcud hökuməti Qarabağla bağlı danışıqların olmadığını və heç bir sənədin müzakirə olunmadığını bildirir, digər tərəfdən isə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov danışıqların keçirildiyini, üstəlik münaqişənin mərhələli bir variantının müzakirə olunduğunu vurğulayır. Bu, nə deməkdir, indi kimə etibar edək?
Yəqin ki, danışıqların “olmaması” ilə bağlı belə bir açıqlama verən Paşinyan hökuməti heç bir halda Azərbaycana torpaq vermək fikrində olmadığını düşünür.
Şəxsən baş nazir Paşinyan hər fürsətdə bunu vurğulayır, ancaq danışıqlar həmişə olub.  Elə iki ölkənin xarici işlər nazirlərinin müntəzəm görüşlərini xatırlatsaq, kifayət edər. Bunu da inkar etmək qəribə olardı.

Sergey Lavrov növbəti dəfə bu reallığı təsdiqlədi, burada heç bir sensasiya yoxdur. Eyni zamanda, son iki ildə Paşinyan Qarabağla bağlı bir sıra açıqlamalar verməklə danışıqlar prosesini nüfuzdan salmağa çalışıb. Ancaq bunun qarşılığında hələ heç bir tərəf müxtəlif formatlarda ikitərəfli görüşlərdən imtina etmək qərarına gəlməyib.
Başqa sözlə, indiki Ermənistan hökuməti danışıqlardan imtina etmək istəyir, amma indiyə qədər o gücü özündə tapmayıb” deyə politoloq bildirib.

“Belə demək olarmı ki, Ermənistan hökumətu bu məsələdə uğursuzluğa düçar olub və xalqına qarşı dürüst deyil” sualına Qriqori Trofimçuk belə cavab verib:
“Son iki ildə mövcud Ermənistan hökuməti bir çox fərqli sualları uçuruma yuvarladıb, ona görə də bu sualın onların içində olmasını ayırd etmək çətindir.  Burada ümumiyyətlə “dürüstlük” haqqında danışmamaq daha yaxşıdır, çünki böyük siyasət nadir hallarda bu cür kateqoriyalara aiddir. ”

O, həmçinin qeyd edib ki, əslində Ermənistan hələ Azərbaycana heç bir torpaq verməyib, buna görə əlavə nəsə danışmaq üçün hələ bir şey yoxdur.
Tarix: 24-04-2020, 11:19
Xəbəri paylaş



Xəbər lenti