İcra başçısı Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun məzarını ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2016-cı ilin aprel ayında Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş gizir Nicat İsgəndərovun ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə  şəhidin 10-cu ildönümü ilə əlaqədar olaraq onun məzarını ziyarət edib.

Ziyarət zamanı Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub. 

Rayon rəhbəri Nicat İsgəndərovun ailəsinə səbr diləyərək, allahdan ona rəhmət diləyib. Bildirib ki, məhz Nicat kimi igid oğulların sayəsində aprel döyüşlərində qazanılan qələbə ilə  44 günlük Vətən müharibəsində zəfərimizin təməli qoyuldu.


Tarix: 3-04-2026, 07:47
Xəbəri paylaş



Xəbər lenti