"Rusiya sülhməramlıları Qarabağda daimi qalmalıdır" - Arutyunyan arzulayır


Qarabağdakı erməni separatçısı, hərbi cani Araik Arutyunyan avqustun 4-də Ağdərə sakinləri ilə görüşdə bəyan edib ki, rusiyalı sülhməramlıların Qarabağda iştirakı müvəqqəti yox, daimi xarakter daşımalıdır.
«Bölgə elədir ki, biz, müstəqil olaraq sülhü və təhlükəsizliyi təmin etmək gücündə deyilik. Rusiya ordusunun işirakı müvəqqəti yox, daimi olmalıdır. Əgər Rusiya ordusu bölgəyə gəlməsəydi, o zaman taleyimiz başqa cür olardı» - Araik deyib.
Arutyunyan xəyanət məsələsinə də toxunub. Bu məsələ 2020-ci ilin payızında Qarabağdakı müharibənin gedişində və ondan sonra fəal müzakirə mövzusu olub. Separatçı bu ittihamı «səfehlik» adlandırıb. Onun sözlərinə görə, heç bir xəyanətdən və satqınlıqdan söhbət gedə bilməz, sadəcə «biz, məhdud imkanlarla döyüşmüşük».
«Ümid etməyin ki, kimsə bizi xilas edəcək. Biz, özümüz özümüzü xilas etməliyik» - Araik qeyd edib.
Bundan əvvəl xəbər verildiyi kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 27-də ümid etdiyini bildirib ki, rusiyalı sülhməramlılar Qarabağda mümkün qədər çox qalacaqlar və qeyd edib ki, onların münaqişə bölgəsində iştirakı sabitlik deməkdir. «Bizim vəzifəmiz ondan ibarətdir ki, maksimum çalışaq, sülhməramlılar bölgədə çox qalsınlar…»
İndi isə diqqət yetirək - Araik deyir ki, «özümüzü (erməni separatçılarını) qorumağa gücümüz yoxdur və rus ordusu gəlməsəydi taleyimiz başqa cür olardı». Ardınca hərbi cani (parazit erməni!) deyir ki, Rusiya ordusu Qarabağda (Azərbaycan ərazisində) daimi qalmalıdır - guya ki, bu məsələni həll etmək «yoluq bir dığa»nın səlahiyyətində imiş!
Əslində, əli hər yerdən üzülmüş separatçı Rusiya ordusuna sığındığı bir vaxtda, həddini aşaraq, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Resublikasının Prezidenti İlham Əliyevin əvəzindən sərəncam vermək cəsarətində bulunur. Nədən ki, Rusiya sülhməramlıları Qarabağa məhz Vladimir Putinin xahişi və İlham Əliyevin icazəsi ilə 5 il müddətinə gəliblər və onların bu mandatının uzadılması da yalnız iki Prezidentin səlahiyyəti daxilindədir, vəssalam!
Ağlını itirmiş hərbi cani ardınca sayıqlayaraq, Ağdərə ermənilərinə deyir ki, onları özgə heç kim qorumayacaq - özlərindən başqa. Bəs, gücün yoxdursa, necə olacaq? Həəə, müftəxor eməni arzulayır ki, onu rus əsgəri qoruyacaq! Hansı münasibətlə? Məgər rus əsgəri parazit erməninin «xətti-xalına, gül camalına aşiq olub?»
Olmayacaq, Ərtün dığa - rus əsgəri daha «kozyol otpuşeniya» olmaq istəməyəcək, sən isə yaxın gələcəkdə Qarabağdan qaçmaqla murdar cəmdəyini xilas etməyə cəhd göstərəcəksən.
Mirzə AĞ
AzPolitika.info
Tarix: 5-08-2021, 10:11
Xəbəri paylaş



Xəbər lenti