"Biz bu gün kapitulyantı azərbaycanlılar Şuşanı fəth edərək Xankəndinə çox məsafədə yerləşirdiyi bir zamanda üçtərəfli sənədi imzaladığına görə ittiham etmirik, onu məhz yaratdığı şəraitə görə ittiham edirik". Bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan BBC-yə müsahibəsində deyib.
Onun fikrincə, 2020-ci ilin yayında həyata keçirilən hərbi əməliyyatları dağıdıcı hərəkət idi.
Sərkisyan onu da əlavə edib ki, o, heç zaman torpaqların geri qaytarılmayacağı fikrini deməyib: “Hətta mən 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq formada ifadə etmək olardı? Mən son aqibətimizin belə acı sonluqla bitməməsi üçün bir xain damğasını daşımağa hazır idim. Öz reytinqimi düşünmürdüm ki, tarixdə qalım. Mən problemin həllini istəyirdim... Amma təəssüflər olsun ki, bunu bacarmadım”.(olke.az)
Tarix: 25-06-2021, 09:29