"Ermənilər Azərbaycanda yaşaya bilərlər" - "Qaçqınkom"un sədri


Ermənilər Azərbaycanda münaqişəyə qədər olduğu kimi ölkə vətəndaşları qismində yaşaya bilərlər.
 
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib.
 
O bildirib ki, Azərbaycan dəfələrlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni sakinlərinin inteqrasiyasına hazır olduğunu vurğulayıb:
 
"Ermənilər münaqişəyə qədər olduğu kimi Azərbaycan vətəndaşları kimi ölkəmizdə yaşaya bilərlər. Onlar digər ölkələrdə, Rusiya, Fransa, ABŞ-da olduğu kimi Azərbaycanda yaşaya bilərlər. Amma, məsələn, Marseldə yüz min erməni yaşayırsa, bu o demək deyil ki, Fransa Marseldə daha bir erməni dövləti yaratmalıdır. Azərbaycanda 50-dən çox milliyət və xalq yaşayır və bu baxımdan heç bir problem yoxdur".
Tarix: 1-06-2021, 08:33
Xəbəri paylaş



Xəbər lenti