Erməni KİV: Azərbaycanlılar Zərkənd kəndindən 6 km şimal-şərqdə yerləşən yüksəklikdə qərarlaşıblar





2020/06/44-1592036113.jpg

 
“Sosial şəbəkələrin Azərbaycan seqmentində yeni video yayılıb. Videoda müəllif iddia edirlər ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Qeğarkunik vilayətinin şərq sərhəd xətti sektorunda yerləşən yüksəkliyi tutublar”.

Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus “Razm.info” nəşri yazıb.

Nəşr videonu paylaşıb və onun Zərkənd kəndindən təxminən 6 km şimal-şərqdə yerləşən dağın zirvəsində çəkildiyini müəyyənləşdirib.

“Bu sektorda Qeğarkunik vilayəti və Kəlbəcər rayonunun sərhəd xətti yüksəkliklərin zirvələrindən keçir, Azərbaycan tərəfi məhz zirvə hissəsini tutub, bu sektorda öz varlığını birinci təmin edib”, - deyə sayt bildirir.

Sayt vurğulayır ki, erməni tərəfi yüksəkliyi tutmaq üçün birinci addımlar atsaydı, bu gün o, azərbaycanlıların yox, Ermənistanın nəzarəti altında olardı.
Tarix: 23-05-2021, 10:44
Xəbəri paylaş



Xəbər lenti