Zəngəzur dəhlizinin əsas elementlərindən birinin tikintisinə start verildi - Deputatdan ŞƏRH

Zəngəzur dəhlizinin əsas elementlərindən birinin tikintisinə start verildi - Deputatdan ŞƏRH
“Azad edilmiş ərazilərimizdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası gözlənilir”.
 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.
 
O bildirib ki, artıq Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb və ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq:
 
“Bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər”.
 
Millət vəkili əlavə edib ki, digər tərəfdən, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir:
 
“Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək”.
 
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramovanın sözlərinə görə, hazırda işğaldan azad olunmuş rayonlar üzrə Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb.

Tarix: 19-05-2021, 00:51
Xəbəri paylaş



Xəbər lenti