Ermənilər soyqırım törətdikləri Qaradağlıda 100 yeni ev tikməyi planlaşdırır?..


"Əsas Azərbaycan dövlətinin, xalqının planlaşdırdıqlarıdır. İnşallah, zamanı gəlincə düşmənin “layihə” dedikləri bu yuxularının da “puç olduğu bilinməlidir..." 


Xankəndindəki separatçı-terrorçu erməni rejiminin tör-töküntüləri  dayaz düşüncəli ermənilərə və onlardan yararlanmaq istəyən beynəlxalq güclərə guya öz varlıqlarını nümayiş etdirmək üçün ara-sıra tədbirlər keçirir, hansısa yeni layihələrdən danışırlar.

Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə,  bu dəfə qondarma rejimin qanunsuz “şəhərsalma nazirliyi” nəzarətlərində olan ərazilərdə Azərbaycan ordusunun son müzəffər savaşından sonra qeyri-qanuni məskunlaşdıqları məntəqələrdən köçmüş ermənilərin yenidən məskunlaşdırılması üçün mənzil tikintisi layihələrindən bəhs edib. 

“Nazirlik” artıq  Azərbaycanın Xocavənd rayonunun “Varanda” adlandırılmış Qaradağlı kəndində 100 fərdi evdən ibarət yaşayış sahəsinin tikintisi üçün layihə eskizini hazırlayıb. Xocalı rayonunun “Astxaşen” adlandırılmış Daşbulaq kəndində 150 evin tikinti layihəsinin icrası üçün artıq topoqrafik işlərə başlanılıb. Əsgəranda 246, Xocavənddə 130 mənzilli binaların tikilməsi planlaşdırılır. Tərtər  rayonunun “Aknaberd” adlandırılmış Umudlu kəndində  də 100-ə yaxın fərdi ev tikiləcək. 

P.S. Əsas Azərbaycan dövlətinin, xalqının planlaşdırdıqlarıdır.  İnşallah, zamanı gəlincə kriminal erməni rejiminin “layihə” dedikləri bu yuxularının  da “Böyük Ermənistan” xülyası kimi puç olduğu bilinməlidir...


Xatırlatma: 
1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən soyqırım törədilib. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola biliblər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb, mülki əhali qırğına məruz qalıb. Nəticədə 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. AzərTacın verdiyi məlumata görə, ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.

Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib. Kəndin yerdə qalan sakinləri isə qarlı, şaxtalı gündə dağlıq əraziləri keçərək  min bir əziyyətlə Ağdama gediblər...

Tarix: 3-02-2021, 10:19
Xəbəri paylaş



Xəbər lenti