Azərbaycan öz qələbəsindən sonra Dağlıq Qarabağ ərazisində referendum keçirməyə imkan verməyəcək.Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza jurnalist Coan Lisoskiyə müsahibəsində deyib.
“Sözün düzü, bütün bu illər ərzində Minsk Qrupunun həmsədrlərindən heç kəs, hətta Ermənistan prezidentinin özü də inanmırdı ki, belə bir referendum nə vaxtsa keçirilə bilər. Bununla bağlı zarafatımız belə var idi ki, ermənilər bunu “referendum” adlandırırlar, amma bu, əslində “neverendum”dur (Never — ingiliscə “heç vaxt”)”, – o bildirib.
Onun sözlərinə görə, Putin üçtərəfli danışıqlarda Minsk Qrupunun adını çəkərək məsələdə yalnız öz müstəqil iştirakını legitimləşdirir:
“Minsk Qrupu hələ sülhməramlı missiyanın, onun tərkibinin, qalma müddətinin ətrafındakı proseslərə cəlb oluna bilər, lakin bu, yalnız ehtimaldır”. (axar.az)
Tarix: 14-01-2021, 22:48