Avinyan: “Bakı ilə İrəvan arasında mexanizm yaradılacağına ümid edirəm” Ermənistan Baş nazirinin birinci müavini Tiqran Avinyan Rusiyanın ölkədəki səfiri Sergey Koprikinlə görüşüb. AYNA erməni mətbuatına istinadən bildirir ki, görüş zamanı Avinyan rəsmi İrəvanın Qarabağda əsir və girov düşən şəxslərin “hamını hamıya” prinsipi ilə dəyişməyə razı olduğunu deyib.
“Gələcəkdə əsirlərin heç bir ilkin şərt irəli sürülmədən qarşılıqlı qaytarılması üçün Bakı ilə İrəvan arasında mexanizm yaradılacağına ümid edirəm”, - deyə Baş nazirin müavini bildirib.
Tarix: 2-12-2020, 21:15