Suriyalı Andranik Zabux dərəsindən çıxmaq istəmir ”-FOTO+VİDEO


“Doğma kəndimizdə yaşamaq və onu erməni kəndi kimi saxlamaq mövqeyimiz dəyişməyib..."



10 Noyabr razılaşmasına əsasən dünən - dekabrın 1-dən Laçın rayonunun Azərbaycana təhvil verilməsinə rəğmən Laçın şəhəri və bir neçə kənddə az sayda mülki işğalçı ermənilər hələ də qalır. Onların arasında  əlisilahlı hərbi geyimli olanlar da var.

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan mediasının yaydığı məlumata görə, ermənilərin hələ də tam tərk etmədiyi kəndlərdən biri - Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində, sərhəddə yaxın ərazidə yerləşən Zabux kəndidir. 

Kəndin qanunsuz “mer”i,  Azərbaycan torpağına Suriyanın Əl-Kamışlı şəhərindən  qeyri-qanuni olaraq köçürülmüş Andranik Çavuşyan  “Armenpress”ə müsahibəsində bunları çərənləyib:

“Doğma kəndimizdə yaşamaq və onu erməni kəndi kimi saxlamaq mövqeyimiz dəyişməyib. Burada yaşamağa davam edəcəyik. Sülhməramlılar işlərini görürlər və  bizim də ailələrimizin və kəndlərimizin təhlükəsizliyini qorumaq hüququmuz var. Qalan kişilər kəndin ətrafında növbə çəkməyə davam edirlər. Bayrağımız bələdiyyə binasının damında dalğalanmağa davam edir, orada başqa bir bayraq görmək istəmirik. Razılığa əsasən, sülhməramlılar dəhlizin təhlükəsizliyini təmin etməlidirlər. Onlar üzərlərinə düşəni edəcəklər və  bizim də burada yaşamaq üçün təhlükəsizliyimizi qorumaq  hüququmuz var. Həyatımız bahasına olsa da, hüquqlarımızı qorumağa hazırıq. Buradan Stepanakerti və bütün ermənilərin hüquqlarını müdafiə edirik. Müvafiq qurumlardan dəqiq açıqlamalar almaq istəyirik. Kəndin erməni kəndi kimi qalacağını söylədik...” 

Andranikin sözlərinə görə, kənddə təxminən üç gündür elektrik enerjisi yoxdur, rabitə əlaqəsi işləmir, dostları və qohumları Zabuxda sülənən ermənilərə yemək və digər lazımi əşyaları göndərirlər.

Qeyd edək ki, digər Azərbaycan məntəqələrində olduğu kimi, buradakı erməniləri də qızışdıran, provakasiyaya çəkənlərdən biri də axtarışa verdiyimiz “Varqonzo” layihəsinin rəhbəri Semyon Peqovdur. Əyanilik üçün onun noybarın 30-da Zabux kəndindən verdiyi reportajın video-yazısını da  təqdim edirik.

Xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy  tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik  özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası  kəsib...

P.S. Görünür, bu Andranikin də  “qəhrəman” tayqulaq babası yadına düşdüyündən qulağı gicişir...

Sultan Laçın





Tarix: 2-12-2020, 10:27
Xəbəri paylaş



Xəbər lenti

https://vbets-nl.com/