“Sülhməramlıların fəaliyyəti Azərbaycanla koordinasiya edilməlidir” - Münasibət





Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla  rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələləri müzakirə ediblər. XİN başçıları həmçinin humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı ilə Qarabağ məsləsində mövcud vəziyyət və qarşıda duran digər məsələlər müzakirə edilib:

“Hazırda Rusiya sülhmərəmlı qüvvələri Qarabağda yerləşib və burada onların fəaliyyəti mütləq şəkildə Azərbaycanla koordinasiya edilməlidir. 
Həmçinin biz bilirik ki, Qarabağda yerli silahlı dəstələr var . Onların ləğv edilməsi də əsas müzakirə predmetidir.
Çünki Azərbaycan bəyannəmədən irəli gələn bütün müddəların yerinə yetirilməsində maraqlıdır”.

Analitikin sözlərinə görə, ermənilərin üç rayondan çıxarılması hazırda Rusiyanın apardığı işlərdən aslıdır:

“Rəsmi Bakı prosesin uzadılmaması və ayın sonuna kimi göstərilmiş qarfikə uyğun olaraq həyata keçirilməsini müzakirə edir. Ona görə də bu kimi telefon danışıqları tərəflərin uzlaşması və ortaya çıxan böhranların həll edilməsində mühüm rol oynayır. Hesab edirəm ki, Rusiya və Azərbaycan XİN rəhbərlərinin telefon danışıqları əsasən bu aspektdə olub”.

Tarix: 16-11-2020, 21:41
Xəbəri paylaş



Xəbər lenti