Bu faktiki olaraq işğal deməkdir... Bəs işğal nəyə deyilir ?!


   

Bu faktiki olaraq işğal deməkdir... Bəs işğal nəyə deyilir ?! VİDEO
Rusiya bütün idarəni əlinə alıb, Qarabağla bağlı hər sərəncamı özü verir. Xankəndinə Rusiya Federal Təhlükəsizlik Xidməti, Səhiyyə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və digər Rusiya dövlət qurumlarını göndərirlər. Tezliklə yol polisinin, pasport idarəsinin, əmlak komitəsinin, gənclər, idman və mədəniyyət nazirliyinin uyğun şöbələrinin, Rusiya Elmlər Akademiyasının Dağlıq Qarabağ filialının, Moskva Dövlət Universitetinin Stepanakert filialını da açacaq bu gedişlə. Azərbaycan respublikasının ərazi infrastrukturunun və inzibati idarəetməsinin bərpası üçün bizim dövlət qurumlardan heç birinin iştirakına icazə verilmir. Digər tərəfdən Bəyanata zidd olaraq hərbi vertolyotların, tankların, təyyarələrin və qradların da olduğu hərbi baza yaradılır, postlar qurulur. Bu faktiki olaraq işğal deməkdir. Bəs işğal nəyə deyilir ?!
Rusiyaya həddini bildirmək lazımdır. Əks halda meydanda qazandığımız uğurları masada itirmə təhlükəsi var.
Atlas Araşdırmalar Mərkəzi
Teref.az
Tarix: 16-11-2020, 09:23
Xəbəri paylaş



Xəbər lenti