"Ermənilərin niyyəti odur ki, noyabrın 20-dək Ağdamı geri qaytaranda oranı verməsinlər..."






Dostlar, son günlər erməniləri narahat edən məsələlərdən biri də özlərindən uyduqları "qədim Tigranakert"in (google map-dən ərazinin adını azərbaycanca tapa bilmədim) Azərbaycanın nəzarətinə keçməsidir. Məsələ burasındadır ki, ermənilər guya 2005-ci ildə aparılan qazıntılar nəticəsində eramızdan əvvəl 2-1 minilliklərdə Böyük Tiqranın yaşayış yerini tapıblar və 2010-cu ilin iyun ayında Ağdam şəhəri yaxınlığındakı Şahbulaq qalasında (Pənah xanın tikdirdiyi qalada) Tigranakert  xarabalıqlarından çıxarılan əsərlərin nümayişinə həsr olunmuş muzey də açıblar. Həmin ərazi Ağdam şəhərinin şimalında, 10 km uzaqlıqda yerəşir və hüquqi olaraq Ağdam rayon inzibati dairəsinə daxildir. Ermənilərin niyyəti odur ki, noyabrın 20-dək Ağdamı geri qaytaranda oranı verməsinlər. Düşünürəm ki, yəqin hər kəs olmasa da əlaqədar dövlət orqanları bu barədə məlumatlıdırlar.
Ağdamlı dostlarımız diqqətli olun ki, Şahbulaq qalası tarixi əhəmiyyətli yerdir.

P.S. Yeri gəlmişkən mənə maraqlıdır ki, Azıx mağarasını nə hala salıblar. Tarixçilərimiz işğaldan azad edilmiş ərazilər təmizlənəndən sonra Azıx mağarasına və digər tarixi-memarlıq yerlərinə baş çəkib, hesabat hazırlamalıdırlar.

Qubad Ibadoğlu, İqtisadçı alim
Tarix: 14-11-2020, 09:15
Xəbəri paylaş



Xəbər lenti